
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
04 Sep 2017
Diqər xəbərlər
AZƏRBAYCANIN PALÇIQ VULKANLARI AVROPA ALİMLƏRİNİN TƏDQİQAT OBYEKTLƏRİDİR
4 iyul 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərliyi ilə aparılan tədqiqatlarda şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, elm işçisi Elnur Baloğlanov da iştirak ediblər. Alınmış nəticələr 2016-cı ilin sentyabr ayında Norveçin Tromso şəhərində keçirilmiş “Dəniz çöküntülərində qaz” adlı XIII beynəlxalq elmi konfransda təqdim olunub. Bundan əlavə, həmin nəticələr əsasında Matieu Dupuis Lil Universitetində fəlsəfə doktorluğu üzrə dissertasiyasını müdafiə edib.
Araşdırmalar 2016-cı ilin mayında GGİ ilə “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilib. Tədqiqatları davam etdirmək üçün 2017-ci ilin mayında tərəflər əməkdaşlığa dair yeni müqavilə imzalayıblar. A.Əliyevin rəhbərliyi ilə Şamaxı-Qobustan, Abşeron və Şirvanın cənub-şərqində bir neçə palçıq vulkanında geoloji, geokimyəvi və geofizki tədqiqatlar aparılıb. Hazırda nəticələrə dair məqalələr hazırlanır. İki fransalı gənc tədqiqatçı nəticələrin mövzusu üzrə Lil Universitetində fəlsəfə doktorluğu və magistratura dissertasiyaları ilə əlaqədar elmi iş müdafiə etməyi planlaşdırır.
Ölkəmizin palçıq vulkanlarına dair digər tədqiqatlar “Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” mövzusuna köklənib. Bu istiqamətdə araşdırmalar GGİ-nin Palçıq vulkanizmi şöbəsi ilə Ukrayna Milli Elmlər Akademiyasının Dəniz Geologiyası və Çökmə Filizəmələgəlməsi Bölməsinin (DGÇFB) əməkdaşları tərəfindən həyata keçirilir. Məqsəd müxtəlif regionlarda intişar tapmış palçıq vulkanlarının spesifik-genetik xüsusiyyətlərini, geoloji-geokimyəvi faəliyyətlərini müqayisəli təhlil etmək olub. Tədqiqatların yekununda Azərbaycanın palçıq vulkanlarının araşdırlmasında iki yeni istiqamət müəyyənləşdirilib. Onlar palçıq vulkanı brekçiyasında aksessor və fəsil minirellaşmanın araşdırılması ilə əlaqədardır. İlkin tədqiatlar nəticəsində Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, dəmir, mis, və titan, həmçinin sulfidlər, oksidlər, silikatlar, karbonatlar, fosfatlar, sulfatlar və digər komponentlərlə yanaşı, bir sıra yeni minerallar, daş kömür aşkar edilib.
Bu ilin aprel-may aylarında şöbənin əməkdaşları Abşeron, Xəzəryanı-Quba, Şamaxı-Qobustan və Şirvanın cənub-şərqində ekspedisiya işləri həyata keçiriblər. Ümumən 15 palçıq vulkanından götürülmüş nümunələr hazırda analiz olunurlar. İyun ayında O.Abbasov DGÇFB-də tədqiqatların gedişatını həmkarları ilə müzakirə edib.


AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com