Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Sep 2017 Diqər xəbərlər Diqər xəbərlər

“NEFTQAZÇIXARMA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ” İŞIQ ÜZÜ GÖRÜB


21 sentyabr 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (GGİ) “Neftqazçıxarma terminlərinin izahlı lüğəti”ni nəşr etdirib. Kitabdaneftqaz geologiyası və geofizikası, yataqların axtarışı, kəşfiyyatı və işlənməsi,quyuların qazılması və istismarı, neft və qazın yığılması, hazırlanması, nəqli və saxlanılmasınaaid 11 minə yaxın termin toplanılıb. Burada həmçinin neftqazçıxarmanın iqtisadiyyatı, iqtisadi-riyazi modelləşdirmə, bunlardan əlavə, elm və texnologiyanın bir sıra sahələrini əhatə edən və ən çox istifadə olunan terminlər də izah olunur.Azərbaycan, ingilis və rus dillərində yazılmış terminlərin izahı doğma dilimizdə verilir.

Nəşr AMEA-nın müxbir üzvü professor Arif Quliyev, texnika üzrə fəlsəfə doktorları – Ramiq Əfəndiyev və Məmməd HaşımHacıyev tərəfindən hazırlanıb. Baş redaktoru AMEA-nın prezidenti, GGİ-nin direktoru akademik Akif Əlizadədir.Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə nəşr olunmuş lüğət AMEA-nın həqiqi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Midhət Abasovun xatirəsinə ithaf edilir. Minə yaxın səhifəsi olan kitab “Ərgünəş” nəşriyyatında çap olunub və neftqaz sənayesi mütəxəssisləri, elmi işçi, müəllim, tələbə və texniki ədəbiyyat tərcüməçiləri üçün nəzərdə tutulur.



AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com