Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Oct 2017 Diqər xəbərlər Diqər xəbərlər

“RADON VƏ İNSAN SAĞLAMLIĞI” ADLI KİTABÇA İŞIQ ÜZÜ GÖRÜB


 2 oktyabr 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu “Radon və insan sağlamlığı” adlı elmi-kütləvi broşür nəşr etdirib. “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gələn kitabça təbii radiasiya, onun mənbələri və radon qazının insan sağlamlığına yaratdığı təhlükələrdən bəhs edir. Bunlardan əlavə, yeni nəşrdə sözügedən təhlükələrin azaldılması və insanların ondan qorunması yolları, həmçinin bu istiqamətdə zəruri əhəmiyyət daşıyan normativ aktlar haqqında da ətraflı məlumat verilir. Broşür akademik Əkbər Feyzullayev, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, gənc alim Fərəh Mahmudova və Rauf Bağırlının 2010-cu ildən etibarən birgə apardıqları tədqiqatların nəticəsində hazırlanıb.

Kitabça tikinti işləri aparan şirkətlər və fərdi şəxslər, radiasiya təhlükəsizliyi ilə maraqlananlar, xüsusən də radonun yüksək səviyyədə olduğu ərazilərdə yaşayanlar üçün faydalı ola bilər. Azərbaycan dilində elmi-publisistik üslubda və illüstrasiyalarla hazırlanmış broşür “Nafta-Press” nəşriyyatında işıq üzü görüb və 40 səhifədən ibarətdir.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com