Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Oct 2017 Diqər xəbərlər Diqər xəbərlər

GƏNC ALİMLƏRİN NÖVBƏTİ ELMİ SEMİNARINDA KİÇİK QAFQAZDA APARILAN TƏDQİQATLARIN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNUB

 

9 oktyabr 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda gənc alim və mütəxəssislərin növbəti elmi seminarı baş tutub. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrliyi ilə keçirilən seminarda “Kiçik Qafqazın şimal-şərq dağətəklərinin üst təbaşir çöküntülərinin litostratiqrafiyası və onlarda seolit minerallaşması” mövzusu ilə əlaqədar aparılan tədqiqatların nəticələri müzakirə edilib.

İnstitutun Paleontologiya və stratiqrafiya şöbəsinin əməkdaşı, magistr Ərzuman Rizvanoğlunun təqdimatında dinlənilən elmi məruzədə Kiçik Qafqazın şimal-şərq dağətəklərini təşkil edən Lök-Qarabağ struktur formasion zonasının bir hissəsi - Qazax çökəkliyi boyu üst təbaşir çöküntülərininlito-stratiqrafik araşdırmaları, həmçinin tədqiqat obyektində təzahür edən seolit minerallaşması ilə əlaqədar əldə olunan nəticələr haqqında ümumi məlumatlar verilib. Üst təbaşir yaşlı vulkanizmlə bağlı çökəklikdə formalaşan qeyri-filiz faydalı qazıntı yataqlarının timsalında Aydağ seolit yatağının proqnoz resursları qiymətləndirilib, süxurların komponent tərkibi öyrənilib və onların mümkün istifadə sahələri təklif olunub.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.











AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com