Ana Səhifə / Xəbərlər

Xəbərlər

31 Oct 2017 Diqər xəbərlər Diqər xəbərlər

Paleofloristika şöbəsi


Şöbənin rəhbəri vəzifəsini icra edən yer elmləri üzrə fəlsəfə doktoru Bayramova Şəfəq Şəmsəddin qızı.
Şöbədə 7 nəfər, o cümlədən1 fəlsəfə doktoru çalışır.

Теl.: (+994 12) 497 58 51
E-mail: shafaqbayram@rambler.ru

Tədqiqatların istiqamətləri:

  • müxtəlif flora qruplarının (nanoplankton, dinoflagellyat və sportozcuq) öyrənilməsi;
  • kəsilişlərin bölgüsü və korrelyasiyası, biostratiqrafik zonaların ayrılması;
  • bitki örtüyünün, paleoiqlim və paleoekooji şəraitin bərpası;
  • mikrofossilərin rəng dəyişməsinə əsasən süxurlarda səpələnmış üzvi maddənin katagenez dəyişkənliyinin müəyyən edilməsi;
  • Azərbaycanın mezo-kaynozoy dövrünün bitki aləminin məlumat bazasının və atlaslarının yaradılması                     

Sektorda elmi-tədqiqat işlərinin prioritet istiqaməti Azərbaycanın mezo-kaynozoy çöküntülərindən qazıntı halında tapılan bitki qalıqlarının morfologiyasını, təsnifatını, təkamülünü, filogeniyasını, onların zaman və məkan ərzində inkişafını öyrənərək dəniz və kontinental çökmə süxurların stratiqrafik yaşının təyin edilməsi, paleocoğrafi şəraitin xronostratiqrafik ardıcıllıqla dəyişilməsinin müəyyən edilməsidir.

Sektorun əməkdaşları tərəfindən: Azərbaycanın neftli-qazlı maykop (oliqosen-alt miosen), Qarabağ düzənliyinin holosen və Kiçik Qafqazın mezozoy çöküntülərinin sportozcuq kompleksləri, biostratiqrafiyası və paleocoğrafiyası təyin edilmişdir.