Ana Səhifə / Xəbərlər

Xəbərlər

04 Dec 2017 Diqər xəbərlər Diqər xəbərlər

TANINMIŞ GEOLOQ-ALİM VƏ ŞAİR HİKMƏT MAHMUDOVUN SEÇİLMİŞ ƏSƏRLƏRİ ÇAP OLUNUB


4 dekabr 2017-ci il


AMEA Geologiya və Geofizika İnstitutunun Geoloji-geofiziki elmlərin tarixi şöbə¬sinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudovun şeirlər və poemalardan ibarət 2 cildlik “Seçilmiş əsərləri” yenicə işıq üzü görüb. Kitab¬da Vətənlə, təbiətlə, xalqla bağlı şeirlər, habelə poemalar, rübailər, qəzəllər, qoşmalar, bayatılar geniş yer tutur. “Gunəş-MMC” mətbəəsində çap olunmuş iki cildlik kitabın redaktoru xalq şairi Nəriman Həsənzadədir.

Qeyd edək ki, Prezident təqaüdünə layiq görülmüş görkəmli geoloq-alim və şair 54 ildir AMEA-da fəaliyyət göstərir. Bu müddətdə o, qızıl, gümüş, pyezokvars və perlit yataqları aşkar edib, 200-ə qədər elmi məqalə, 11 monoqrafiya, 8 dərslik kitabı yazıb. Həmçinin, 51 il ali məktəblərdə pedoqoji fəaliyyət göstərib, 150-yə qədər diplom işinin rəhbəri, bir neçə namizədlik və doktorluq dissertasiyalarının opponenti olub. O, 30 ildir Yazıçılar Birliyinin üzvü, 9 şeirlər kitabı və 11 poemanın müəllifidir.

Şairin sözlərinə bəstələnmiş mahnılar xalq artistləri – Zeynəb Xanlarova, Faiq Ağa¬yev, Nisə Qasımova, İslam Rzayev, İlhamə Quliyeva, Mirzə Babayev, Məmməd-bağır Bağırzadə tərəfindən ifa edilib.

Alim Dövlətçiliyimizin, müstəqilliyimizin və elmimizin inkişafında müs¬təs¬na xidmət¬lərinə, elimdəki uğurlarına və nailiyətlərinə görə “İnterxəbər layihəsi” əsasında “Elm fədaisi” fəxri diplomuna da layiq görülüb.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi


Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com