Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Mar 2018
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA “AZƏRBAYCANIN FİLİZ YATAQLARI ATLASI” HAZIRLANIB
14 mart 2018-ci il
“Elm”nəşriyyatında çap olunmuş “Azərbaycanın filiz yataqları atlası” AMEA Geologiya və Geofizika İnstitutu alimlərinin 6 illik zəhmətinin bəhrəsidir. Atlas Azərbaycan alimlərinin çoxillik tədqiqatları əsasında hazırlanıb. Filiz yataqları sahəsində tədqiqatçı alimlərin və təşkilatların apardıqları elmi nəticələr də yeni nəşdə əksini tapıb. Baş redaktoru AMEA-nın prezidenti akademik Akif Əlizadə olan nəşri A.İsmayılzadə, D.Hüseynov, C.Azadəliyev, S.Vəlizadə, Z.Vəliyev, Ş.Babayev və G.Babayevadan ibarət alimlər qrupu tərtib edib.
Atlasda bir neçə Azərbaycan geoloq nəsli tərəfindən ölkənin filiz yataqları barədə sənaye-genetik tiplər üzrə zəngin material toplanıb. 192 səhifəlik atlasda 469 makro və mikro fotoqrafiya, xəritə, sxem, geoloji diaqram, 42 cədvəl yer alıb. “Qara metallar”, “Aşqarlar”, “Əlvan metallar”,”Yüngül metallar”,” Nəcib metallar” başlıqlı fəsillərdə filiz yataqlarının məkanı xarakterizə olunur. Burada Daşkəsən, Şəmkir, Göygöl, Ağdərə, Çənlibel, Laçın, Əylis, Darıdağ, Qızılbulaq, Başkəndçay, Şəkərdərə, Ağyurd və s. kimi 110 filiz yatağının hərtərəfli geoloji, struktur-morfoloji, mineraloji, geokimyəvi və digər xüsusiyyətlər əksini tapıb.
“Azərbaycanın filiz yataqları atlası” işıq üzü görən kimi yerli və xarici mütəxəssislərin diqqətini cəlb edib. Rusiya Elmlər Akademiyası (REA) Filiz Yataqlarının Geologiyası, Petroqrafiya , Mineralogiya və Geokimya İnstitutunun elmi rəhbəri, akademik N.S.Bortnikov atlasın yüksək dəyərləndirib. Rusiyalı alim bildirib ki, bu atlas Azərbaycanda yeraltı sərvətlərdən səmərəli istifadə layihələrində, filiz yataqlarına investisya qoyuluşunda dövlət fondunun və potensial sərmayəçilərin diqqətini şübhəsiz ki, cəlb edəcək.
ADU-nun gelogiya fakültəsi faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə yeni nəşri fundamental və çox aktual elmi iş kimi dəyərləndirib. Hər iki alimin rəyinə görə, bu nəşr mühüm elmi və praktik əhəmiyyət daşımaqla yanaşı, filiz yataqlarını öyrənən mürtəxəssislər, tələbələr, magistrlər və doktorantlar üçün də çox faydalı mənbədir.
AMEA Geologiya və Geofizika İnstitutu direktorunun elmi işlər üzrə müavini Dadaş Hüseynovun verdiyi məlumata görə, “Azərbaycanın filiz yataqlarının atlası” bu elm ocağının 80 illiyi yubileyi münasibətilə hazırlanıb və yaxın gələcəkdə yeni nəşr Azərbaycan və ingilis dillərində də çap olunacaq.
AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru