
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
28 Mar 2018
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ALİMLƏRİ ƏSƏRLƏRİNİ DÖVLƏT MÜKAFATINA TƏQDİM EDİRLƏR
28 mart 2018-ci il
AMEA Geologiya və Geofizika İnstitutunun Elmi Şurasında bu elm ocağı alimlərinin nailiyyətlərini əks etdirən əsərlərin Azərbaycanın Dövlət Mükafatına təqdim edilməsi məsələsinə baxıb.
İclasda AMEA-nın vitse-prezidenti, AMEA-nın həqiqi üzvü İbrahim Quliyev iştirak edib.
İclası aparan Geologiya və Geofizika İnstitutu direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov bildirib ki, son iki ildə institut alimlərinin çap edilmiş kitabları AMEA prezidenti, akademik Akif Əlizadənin təklifi ilə Azərbaycanın Dövlət Mükafatına təqdim edilməsi üçün Elmi Şuranın müzakirəsinə verilir.
“Həmin əsərlər bunlardır: “Azərbaycanda geo elmlər”(Azərbaycan dilində 3 cild, rus dilində 8 cild, ingilis dilində 2 cild), “Azərbaycan mineralları”,”Dünya palçıq vulkanları atlası” (Azərbaycan, ingilis və rus dillərində) və “Azərbaycanın filiz yataqları atlası”, “Azərbaycanın məhsuldar qatı”(rus dilində, Moskva nəşri), - deyə Dadaş Hüseynov mükafata təqdim olunacaq əsərləri tanıtdırıb.
Müzakirələrdə Elmi Şuranın üzvləri və müəlliflərdən bir qrupu çıxış edərək adıçəkilən əsərlərin məziyyətlərindən danışıblar və nailiyyətlərin qazanılmasında 1976-cı ildən İnstituta rəhbərlik edən akademik Akif Əlizadənin əməyini xüsusilə diqqətə çatdırıblar.
AMEA-nın vitse-prezidenti İbrahim Quliyev çıxışında qeyd edib ki,hazırki elmi işlər institut alimlərinin on illər boyu gərgin əməyinin nəticəsidir.Təsadüfi deyil ki, dünya alimlərinin bu işlərə minlərlə istinadı qeydə alınıb.
Elmi Şura təklif olunan əsərləri səsvermə yolu ilə Azərbaycanın Dövlət Mükafatına təqdim edilməsini yekdilliklə təsdiqləyib.






Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi.
Tel.: (012) 39 39 62; (050) 370 88 44
nazarli@yandex.ru