Ana Səhifə / Xəbərlər

Xəbərlər

04 May 2018 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-NİN ELMİ ŞURASINDA YERALTI SULARDA HƏLL OLUNAN ÜZVİ MADDƏLƏRLƏ BAĞLI MƏRUZƏ DİNLƏNİLİB

 

4 may 2018-ci il

AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi Şurasının növbəti iclasını müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, AMEA müxbir üzvü Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Sonra GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik, Dövlət mükafatı laureatı Əkbər Feyzullayev “Yeraltı sularda həll olunan üzvi maddələr karbohidrogenlərin əmələ gəlməsində əlavə mənbə kimi” mövzusunda təqdimatla çıxış edib. Alim təqdimatında çöküntü hövzələrin yeraltı hidrosferin tərkib hissələri arasında intensivliyi kompleks geoloji amillərdən asılı olan fasiləsiz qarşılıqlı əlaqə və maddələr mübadiləsi mövcud olduğu vahid su-süxur sisteminin bir hissəsi olduğu, su və yerləşdirici süxurlar arasında baş verən qarşılıqlı təsir proseslərinin nəticəsi olaraq sistemin geoloji təkamül prosesində dinamik müvazinət yaranması barədə yeni mülahizələr söyləyib. Məruzə maraqla qarşılanıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Daha sonra AMEA müxbir üzvü Dadaş Hüseynov Elmlər Akademiyasının təşəbbüsü ilə bu il oktyabr ayının 9-24-də Azərbaycan Elm Festivalına hazırlıq və ümumrespublika elmi tədbirin proqramı barədə məlumat verib. Alim bildirib ki, Elm Festivalının açılışı AMEA-nın əsas binasında olacaq, MEK-də sərgi təşkil ediləcək, Akademiyanın institutlarında, bir sıra ali məktəblərdə, Təhsil Komlekslərində, Naxçıvan Muxtar Respublikasında, Sumqayıt, Quba, Lənkəran, Mingəçevir, Şəki və Gəncə şəhərlərində Elmi Konfranslar baş tutacaq. Festivalın proqramına əyləncəli elmi şoular, sərgilər, elmi viktorinalar, konsert proqramları,ekskursiyalar da daxildir.

Elmi Şurada bir sıra yeni elmi-tədqiqat işlərinin proqramları da müzakirəyə çıxarılıb və təsdiqlənib.

GGİ-nin Elmi Şurası bir sıra cari məsələlərin müzakirəsi ilə sona çatıb.














AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru