Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 Sep 2018 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ALİMLƏRİNİN ELMİ NƏTİCƏLƏRİ BEYNƏLXALQ MİQYASDA YÜKSƏK QİYMƏTLƏNDİRİLİB.


12 sentyabr 2018-ci il

AMEA Geologiya və Geofizika İnstitututu (GGİ) "Tektonofizika və geomexanika" şöbəsinin rəhbəri akademik Hətəm Quliyevin başçılığı ilə Yerin daxili quruluşunun, maddə tərkibinin geologiya və geofizikasının nəzəri modelləri elmi əsaslarının işlənilməsi sahəsində geniş tədqiqatlar aparılır. İnstitut alimlərinin bu təqdiqatları deformasiyaya uğrayan bərk cismlərin qeyri-xətti elastodinamikası əsasında müasir riyazi metodların və informasiya texnologiyalarının tədbiqi ilə yerinə yetirilir.

Əldə olunmuş yeni elmi nəticələr bu il bir sıra nüfuzlu, yüksək impakt faktorlu beynəlxalq elmi jurnallarda dərc olunub. Cənubi Koreyada çıxan "Geomexanika və mühəndislik " Beynəlxalq jurnalının may ayı nömrəsində yer almış "Deformasiyaya uğrayan mühitlərdə elastiki parametrlərin təyini və Yerin nəzəri modellərində tədbiqi" adlı məqalə məmnuniyyətlə dərc edilib. Həmin elmi məqalə ABŞ-ın "American Journal of Civil Engineering" jurnalının redaksiya heyəti tərəfindən də yüksək qiymətləndirilib və onlar GGİ alimləri Hətəm Quliyevə, Rəşid Cavanşirə və Gülər Həsənovaya elmi məqalə ilə bağlı məktub ünvanlayıblar: “Hörmətli həmkarlar! Sizin "Geomechanics and engineering" jurnalında nəşr olunmuş “Deformasiyaya uğrayan mühitlərdə elastiki parametrlərin təyini və Yerin nəzəri modellərində tədbiqi" məqaləniz bizdə dərin məmnunluq hissi yaratdı. Məqalənin mövzusu və qeyri-xətti elastikodinamika,tarazlığın dayanıqlılığı, elastiki potensiallar, fiziki, mexaniki və sıxlıq parametrləri haqqında alınmış nəticələr diqqətimizi cəlb etdi, həmçinin bu sahədə bizdə ixtisaslaşan alimlərdə çox böyük təəssürat yaratdı. Əldə etdiyiniz yüksək elmi nəticələrə rəğmən jurnalın redaksiya heyəti cənab Hətəm Quliyevin nəşrimizin redaksiya heyətinə daxil olmağı və jurnala baş redaktorluq etməyi xahiş edir. Redaksiya hesab edir ki, akademik Hətəm Quliyev bu istiqamətdə ən layiqli namizəddir və Azərbaycan, eləcə də dünya elminə dəyərli töhfələr verə biləcək potensiala malikdir”.
 


AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru