
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
25 Sep 2018
Diqər xəbərlər
GGİ ALİMLƏRİ OTMANBOZDAĞ PALÇIQ VULKANINDAKI ŞİDDƏTLİ PÜSKÜRMƏNİ TƏDQİQ EDİRLƏR
25 sentyabr 2018-ci il
Geologiya və Geofizika İnstitutu (GGİ) Palçıq vulkanizmi şöbəsinin rəhbəri,g.-m.e.d., Əməkdar elm xadimi, professor Adil Əliyevin başçılığı ilə alimlər Qaradağ rayonu ərazisində yerləşən Otmanbozdağ palçıq vulkanında baş vermiş şiddətli püskürmənin tədqiqinə başlayıblar. İşlər şöbənin əməkdaşları Elnur Baloğlanov, Orxan Bəşirov və Elmar Səmədovun püskürmə sahəsində apardıqları tədqiqat zamanı laborator analizlər üçün götürdükləri nümunələr əsasında aparılır.
Bakıdan 35 km cənub-qərbdə yerləşən Otmanbozdağ palçıq vulkanı Azərbaycanın nəhəng vulkanlarından biridir. Burada ilk püskürmə 1854-cü ildə baş verib.
Sonuncu püskürmə isə keçən ilin fevral ayında qeydə alınıb. İndiki püskürmə bir saatdan çox davam edib və iki fazalı olub. Yer səthinə böyük həcmdə vulkan brekçiyası çıxıb, vulkanın krater sahəsində çoxsaylı çatlar (dərinliyi 10 metrdən çox) yarğanlar və dağıntılar əmələ gəlib. Kraterdən şərq istiqamətdə yamac boyu palçıq axını müşahidə edilir. Axın düzənliyə kimi izlənilir.
Vulkan hazırda sönmüş vəziyyətdədir.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed. nazarli@yandex.ru