Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Oct 2018 Diqər xəbərlər Diqər xəbərlər

GƏLƏN HƏFTƏ GGİ-də GƏNC ALİM VƏ TƏLƏBƏLƏRİN VII BEYNƏLXALQ ELMİ KONFRANSI KEÇİRİLƏCƏK

 
09 oktyabr 2018-ci il

AMEA Geologiya və Geofizika İnstitutu iki ildən - bir gənc doktorantlar, mütəxəssislər və tələbələr üçün geologiya və geofizikanın müxtəlif müasir problemlərinə həsr olunan Beynəlxalq elmi konfranslar təşkil edir. Oktyabrlın 15 - 18-də təşkil olunacaq “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” adlı növbəti – VII Beynəlxalq Elmi Konfrans Geologiya və Geofizika İnstitutunun 80 illiyinə həsr olunur. Konfransda iştirakla bağlı artıq dünyanın 18 ölkəsindən (Rusiya, Türkiyə, Ukrayna, Macarıstan, Almaniya, Bolqarıstan, Misir və s.) 140-dən çox gənc tədqiqatçı Elmi Təşkilat Komitəsinə müraciət edib.
Beynəlxalq tədbirə BP, TOTAL və SOCAR maliyyə dəstəyi verir.

Beynəlxalq elmi konfransın açılış mərasimi oktyabrın 15-də saat 10:30-da (qeydiyyat 9:30-da) AMEA Mərkəzi Elmi Kitabxanasının Böyük akt zalında reallaşacaq.


GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru