
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
16 Nov 2018
Diqər xəbərlər
GGİ-nin 80 İLLİK YUBİLEYİ ÇƏRÇİVƏSİNDƏ ELMİ SESSİYA KEÇİRİLİB
16 noyabr 2018-ci il
Geologiya və Geofizika İnstitutunun 80 illik yubiley tədbiri çərçivəsində bu müəssisədə AMEA Yer Elmləri Bölməsinin təşkilatçılığı ilə elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov iştirakçıları gündəliklə tanış edib.
Elmi sessiyada həmsədr, akademik Fəxrəddin Qədirov “Kosmik geodeziya tədqiqatları (GPS) və Azərbaycanda aktiv tektonik zonaların proqnozlaşdırılması”, AMEA-nın müxbir üzvü Tələt Kəngərli “Azərbaycanın tektonikası və dərinlik quruluşu haqqında müasir təsəvvürlər”, akademik Pərviz Məmmədov “Cənubi-Xəzər plitəsinin subduksiyası – Alp-Himalay mobil zolağının mərkəzi seqmentinin təkamülündə təbii proses”, akademik Arif İsmayılzadə “Kiçik Qafqazın Zaqafqaziya andezit adaqövsü kompleksində qızıl yataqlarının geoloji-genetik modelləri”, akademik Əkpər Feyzullayev “Cənubi-Xəzər hövzəsində karbohidrogen yataqlarının formalaşma problemləri – yeni yanaşmalar”, g.-m.e.d., professor akademik Adil Əliyev “Azərbaycanın palçıq vulkanları: yeni məlumatlar əsasında paylanma qanunauyğunluqları və təzahürlərin xarakterik xüsusiyyətləri”, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli “Xəzər dənizinin müasir seysmogeodinamik şəraiti”, b.e.n. Tariyel Eybətov “Azərbaycanda fəqərəlilər faunasının öyrənilməsində nailiyyətlər” mövzusunda məruzə edib.
Maraqla dinlənilən məruzələr ətarfında müzakirələr olub və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.









GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru