Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Nov 2018 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ELMİ ŞURASININ BU İL SON İCLASI KEÇİRİLİB


 30 noyabr 2018-ci il

AMEA Geologiya və Geofizika İnstitutu Elmi şurasının bu il son iclası keçirilib.

İclası institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq iştirakçıları gündəlikdəki elmi-təşkilati məsələlərlə tanış edib. Sonra
2018-ci ildə başa çatmış ETİ üzrə yekun hesabatların müzakirəsi keçirilib.

G.e.d. Vaqif Məmmədov “Azərbaycan Respublikasının çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi (II hissə: Böyük Qafqazın cənub yamacı ərazisi -2017–2018-ci illər üzrə)”, y.e.e.d. Qulam Babayev “Böyük Qafqazın cənub hissəsində (Azərbaycan ərazisinin hüdudlarında) baş verən zəlzələlərin zaman-məkan təhlili və seysmik təhlükə ehtimalının qiymət-ləndirilməsi - 2017–2018-ci illər üzrə”, g.-m.f.d. Əvəz Salamov “Palçıq vulkanları kraterinin elektrik kəşfiyyatı məlumatları əsasında tədqiqi (Şamaxı-Qobustan vilayəti timsalında-2017–2018-ci illər üzrə)” məruzələr dinlənilib. Məruzələr ətrafında müzakirələr keçirilib və suallar cavablandırılıb.

Elmi şurada həmçinin GGİ-nin 2018- 2019-cu tədris ili magistrantının fərdi iş planının təsdiqi haqqında y.e.f.d. Səadət Ələkbərovanın, Dissertasiya şurasının fəaliyyəti haqqında akademik Əkpər Feyzullayevin və t.e.n. Dilquşa Mirzəyevanın, Gənc alim və mütəxəssislər şurasının fəaliyyəti və VII ənənəvi Beynəlxalq konfransın yekunları haqqında g.-m.f.d. Orxan Abbasovun məlumatları diqqətə çartdırılıb.

Elmi şurada eləcə də İnstitut əməkdaşlarının ştatda vakant vəzifələri tutmaq üçün müsabiqədə iştirakı, bu elm müəssisəsində çalışan BDU magistrantlarının dissertasiya işləri mövzularının təsdiqi və bir sıra digər cari məsələlər müzakirə edilib.



















GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru