
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
03 Dec 2018
Diqər xəbərlər
AZƏRBAYCAN VƏ İTALİYA ALİMLƏRİ BİRGƏ TƏDQİQATLAR APARIRLAR
3 dekabr 2018-ci il
İtaliya Milli Tədqiqat Şurasının (CNR) Ətraf Mühitin Təhlili Metodologiyası İnstitutunun əməkdaşı, professor Luçiano Teleska AMEA-nın Geologiya və Geofizika İnstitutunda olub.
Məqsəd 2018-2019-cu illər üçün AMEA və CNR tərəfindən təsdiq edilən “Mingəçevir ərazisində (Azərbaycan) su anbarında yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” layihəsinə dair əldə olunan nəticələrin müzakirəsi və bu mövzuda elmi seminarın təşkili olub. Layihənin icrasında AMEA-nın Geologiya və Geofizika institutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları iştirak edirlər.
Seminarın işində Azərbaycan tədqiqat qrupunun üzvləri - Yer elmləri üzrə fəlsəfə doktorları Rafiq Səfərov, Səbinə Kazımova və böyük elmi işçi Şirin İslamovanın elmi araşdırmalarının nəticələri haqqında məlumatlar müzakirə edilib. Layihənin rəhbərləri AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və professor L.Teleska 2018-ci ildə aparılan tədqiqatlara əsasən, seysmik zəlzələ effektinin öyrənilməsi istiqamətində yeni nəticələrin əldə olunduğunu vurğulayıblar.
Alimlər həmçinin Mingəçevir su anbarı ətrafında baş verən zəlzələlərin və su səviyyəsinin dəyişməsinin klaster analizlərinin və GPS stansiya məlumatlarının fraktal və spektral analizinin nəticələrinə dair IF jurnalda çapa hazırlanacaq məqalə ilə bağlı fikir mübadiləsi aparıb, 2019-cu ildəki iş planını müzakirə ediblər.
GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru