
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
07 Feb 2019
Diqər xəbərlər
GGİ ƏMƏKDAŞLARINA BAĞÇILIQ-BOSTANÇILIQ MƏQSƏDİLƏ TORPAQ SAHƏLƏRİ VERİLİR
7 fevral 2019-cu il
Geologiya və Geofizika İnstitutunda (GGİ) "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənədin icrasına həsr edilmiş iclas keçirilib.
İclası giriş sözü ilə açan GGİ Həmkarlar İttifaqının sədri Kamran Əliyev AMEA-nın yeni təşkil edilmiş “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksi barədə məlumat verib. O, sənədin akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkil edilməsi məqsədilə qəbul olunduğunu, bununla əlaqədar Kompleksin balansından GGİ əməkdaşları üçün də torpaq sahəsinin ayrıldığını bildirib.
Sonra İnstitutun Ümumi işlər üzrə direktor müavini Samir Məmmədov gündəlikdəki məsələ ilə bağlı geniş izahat verib.
S. Məmmədov qeyd edib ki, sənədə əsasən ərazidə xəritələmə və sahə bölgüsü işləri aparılıb. Torpaq sahəsinin iki il müddətinə verilməsi nəzərdə tutulub, səmərəli istifadə ediləcəyi təqdirdə müqavilə uzadılacaq.
Direktor müavini yaxın günlərdə ərazidə yolların çəkilməsi prosesinə başlanılacağını, sahələrdə ekoloji tələblərə riayət olunacağını nəzərə çatdırıb. Həmçinin bildirib ki, torpaq sahəsi əldə etmək arzusunda olanların yaxın günlərdə əraziyə baxış keçirəcəkləri nəzədə tutulub.
İclasda “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin GGİ üzrə komissiyasının sədri və üzvlərinin seçkisi olub GGİ Həmkarlar İttifaqının sədri Kamran Əliyev Komissiyanın sədri və dörd İnstitut əməkdaşı üzv seçilib.
Daha sonra iclas iştirakçıları müqavilə və ərizə formaları ilə tanış olublar. Həmçinin çoxsaylı suallar cavablandırılıb.
İclasda iştirak edə bilməyənlər üçün aşağıda “ərizə” və “müqavilə” formaları təqdim edilir.
Ərizə
Müqavilə
GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru