Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 Feb 2019 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB


15 fevral 2019- cu il

Geologiya və Geofizika İnstitutu Elmi şurasının iclası keçirilib. Tədbirdə Elmi şuranın üzvləri, şöbə rəhbərləri, baş, aparıcı və böyük elmi işçilər iştirak ediblər.
İnstitutun Elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov iclas iştirakçılarını gündəlikdə duran elmi-təşkilati məsələlərlə tanış edib.

İclasda AMEA prezidentinin sərəncamlarının və Rəyasət Heyətinin qərarlarının icrası haqqında məsələ,Elmi şuranın və Ümumrespublika elmi seminarlarının iş planı haqqında məsələlər müzakirə olunaraq qəbul edilib. Eləcə də “Elm günü”nə həsr olunmuş tədbirlərin təşkili və keçirilməsi haqqında Dadaş Hüseynovun məlumatı dinlənilib və suallar cavablandırılıb.

Geologiya və Geofizika İnstitutunun dissertanturasına qəbul haqqında, eləcə də “Geotektonika və regional geologiya” şöbəsinin rəhbəri AMEA müxbir üzvü T.N.Kəngərlinin və “İnnovasiya layihələrinin koordinasiyası” şöbəsinin rəhbəri t.ü.e.d. V.B.İbrahimovun ixtisas üzrə dosent elmi ada təqdim olunması haqqında məsələlərə də baxılıb. Həmçinin müxtəlif məsələlər müzakirə edilib.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru