Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
01 Mar 2019
Diqər xəbərlər
GGİ ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB
1 mart 2019-cu il
Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının növbəti iclası keçirilib. Elmi şuranın üzvləri, şöbə rəhbərləri, baş, aparıcı və böyük elmi işçilərin iştirak etdiyi iclası giriş sözü ilə açan GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov tədbirin gündəliyini elan edib.
Sonra gündəliyə uyğun olaraq g.-m.e.d. Məcid Bağmanovun elmi məruzəsi dinlənilib. Alim maraqla qarşılanan məruzəsində Kaynozoy çöküntülərinin stratiqrafiya və faunası üzrə tədqi-qatların yekunları və perspektivləri barədə ətraflı məlumat verib və mülahizələrini elmi əsaslar və misallarla əsaslandırıb. Eləcə də həmkarlarının çoxsaylı suallarını cavablandırıb.
İclasda ETİ-nin yerinə yetirilməsinin gedişatı ilə bağlı “Neft və qaz yataqlarının formalaşması və mənimsənilməsi ilə əlaqədar məhsuldar qatın makro- və mikroqeyri-bircinsliliyinin tədqiqi (Cənubi Xəzər hövzəsinin səciyyəvi yataqları timsalında)” mövzusunda akademik Əkpər Feyzullayev (AMEA müxbir üzvü Elmura Əliyeva ilə birgə) dinlənilib.
Daha sonra “Kiçik Qafqazın mezozoy maqmatizminin və filizliyinin təkamülündə intruziv komplekslərinin petrogenetik indikator rolu (Azərbaycan)” mövzusunda akademik Arif İsmayılzadənin və “Filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli metalların membran texnologiyası əsasında çıxarılması üsullarının işlənilməsi (Daşkəsən rayonunun filiz obyektləri timsalında)” mövzusunda Çingiz Qaşqayın məruzələri iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə eləcə də GGİ magistrantlarının attestasiyası haqqında y.e.f.d. Səadət Ələkbərovanın və Geologiya və Geofizika İnstitutunun doktoranturasına qəbul haqqında Larisa Biryukovanın şıxışı olub.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru