Ana Səhifə / Xəbərlər

Xəbərlər

01 Mar 2019 Diqər xəbərlər Diqər xəbərlər

İNSTİTUTDA ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB


1 mart 2019-cu il

GGİ-də Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bu əlamətdar tarixin əhəmiyyəti barədə məlumat verib.

Sonra Mülki müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev çıxış edərək 1 Mart Ümumdünya Mülki Müdafiə Gününün təsis edildiyi tarixdən danışaraq bildirib ki, 1972-ci ildən başlayaraq bütün ölkələrdə qeyd edilən Mülki Müdafiə Təşkilatına hazırda 58 dövlət daxildir. Qurumun məqsədi dinc əhalinin mühafizəsi sahəsində təcrübəni ümumiləşdirib yaymaq, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərin qarşılıqlı yardımını təşkil etməkdir.

Natiq daha sonra “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda mühazirəsi ilə çıxışını konkretləşdirib.Həmçinin tədbir iştirakçılarına mövzu ilə bağlı videoçarx təqdim edilib.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru