Ana Səhifə / Xəbərlər

Xəbərlər

16 Apr 2019 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ALİMLƏRİ VYANADA KEÇİRİLMİŞ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİBLƏR

 
16 aprel 2019-cu il

AMEA-nın Yer elmləri bölməsinin akademik-katibi, akdemik Fəxrəddin Qədirovun rəhbərlik etdiyi geoloq və geofizik alimlərindən ibarət qrup Avstriyanın Vyana şəhərində keçirilmiş dünyanın ən nüfuzlu elmi platforması hesab edilən “Avropa Yer Elmləri İttifaqının Baş Assembleyası”-nda Azərbyacanı təmsil etmişdir.

100-dən çox ölkənin alim və tədqiqatçının iştirak etdiyi tədbirdə Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, “Müasir geodinamika və kosmik geodeziya şöbəsi”-nin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Rafiq Səfərov, həmin şöbənin böyük elmi işçisi, Yer elmləri üzrə fəlsəfə dokturu Nigar Qaragözova və “Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsi”-nin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Tofiq Rəşidov bir həftə ərzində davam edən Assambleyanın fərqli elmi seksiyalarında elmi-tədqiqat işlərinin nəticələrini müzakirə etmişlər.

Tədbirdə məruzə edən alimlərin elmi nəticələri Assambleyanın rəsmi nəşri kimi məşhur Harvard Universitetinin veb saytında yerləşdirilir.