
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
15 Jun 2019
Diqər xəbərlər
SONA ÇATAN TƏDRIS İLİNDƏ MAGİSTRLƏR DİSSERTASİYALARINI UĞURLA MÜDAFİƏ EDİBLƏR
15 iyun 2019-cu il
AMEA Geologiya və Geofizika İnstitutunun magistraturasında iki gün ərzində ayrı-ayrı ixtisaslar üzrə İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şuralarının (İMDMŞ) iclasları keçirilib.
AMEA prezidentinin 7 may 2019-cu il tarixli sərəncamına əsasən yaradılmış Müdafiə Şuralarında 5 ixtisaslaşma üzrə 8 magistr dissertasiyasının müdafiəsi baş tutub. Bunlardan bir nəfər Neft və Qaz İnstitutunun magistrantıdır. Keçirilən müdafiələrdə AMEA-nın magistrantları magistrlik dissertasiya işlərini yüksək səviyyədə təqdim ediblər. Dissertasiya işləri Müdafiə Şuraları tərəfindən müzakirə edilərək qiymətləndirilib.
İMDMŞ ikinci iclasında AMEA-nın prezidenti akademik Akif Əlizadə, Yer Elmləri bölməsinin akademik katibi, akademik Fəxrəddin Qədirov, Elm və Təhsil baş idarəsinin Magistratura şöbəsinin müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev iştirak ediblər.
İMDMŞ iclaslarının nəticələrinə əsasən II kurs tələbələri magistrlik dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək magistr elmi dərəcəsinə layiq görülüblər.




GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru