Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Jul 2019 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN GƏNC TƏDQİQATÇISI “NÜVƏ SINAQLARININ HƏRTƏRƏFLİ QADAĞAN OLUNMASI TƏŞKİLATININ (CTBTO)” SERTİFİKATINI ALMIŞDIR

 
26 iyul 2019-cu il

AMEA Geologiya və Geofizika institutunun “Müasir Geodinamika və kosmik geodeziya” şöbəsinin mühəndisi və “Nüvə sınaqlarının hərtərəfli qadağan olunması təşkilatının (CTBTO)” Azərbaycan Milli Məlumat Mərkəzinin (NDC-AZ) elmi tədqiqatçısı Aslanov Ruslan Elşad oğlu 01-19 iyul 2019-cu il tarixlərində CTBTO təşkilatı tərəfindən Avstriyanın Vyana şəhərində keçirilən “NDC Capacity Building: Access and Analysis of Radionuclide IMS Data and IDC Products” (Milli Məlumat Mərkəzlərinin bacarıqlarının artırılması: Beynəlxalq Monitorinq Sistemi Radionuklid məlumatlarının və Beynəlxalq Məlumat Mərkəzi məlumatlarının əldə olunması və təhlili) adlı təlim kursunda iştirak etmişdir. Təlim kursunda məqsəd Azərbaycan Milli Məlumat Mərkəzində Beynəlxalq Monitorinq Sistemi və Beynəlxalq Məlumat Mərkəzi baza məlumatlarının istifadəsi və tətbiqində yeni üsulların tətbiqinin öyrənilməsi olmuşdur.

Təlim kursu ərzində keçirilən dərslərdən əlavə olaraq iştirakçı CTBTO-nun “Təlim və bacarıqların artırılması (Chief Capacity Building and Training)” şöbəsinin rəhbəri Rambolamanana Gerard ilə görüşdə olmuşdur. Görüşün əsas məqsədi Azərbaycan Milli Məlumat Mərkəzində (NDC-AZ) hal-hazırda fəaliyyət göstərən işçi heyyəti, məlumat mərkəzinin hansı məlumat bazası və proqramlardan istifadə etməsi və mərkəzin üzləşdiyi problemlər haqqında ətraflı söhbət aparmaqdan ibarət olmuşdur. Təlimin son günündə iştirakçı Aslanov Ruslan üç həftəlik təlim kursunu və eyni zamanda CTBTO-nun Elm və Təlim portalında “E-learning Tranining Course on NDC Capacity Building: Access and Application of IMS Data and IDC Products” (Milli Məlumat Mərkəzlərinin bacarıqlarının artırılması üzrə elektron tədris kursu: Beynəlxalq Monitorinq Sistemi və Beynəlxalq Məlumat Mərkəzi baza məlumatlarının istifadəsi və tətbiqi) adlı elektron tədris kursunu uğurla başa vurduğu üçün iki serifikatla təltif olunmuşdur.