
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
13 Sep 2019
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA 15 SENTYABR – BİLİK GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR REALLAŞIB
13 sentyabr 2019-cu il
Geologiya və Geofizika İnstitutunda(GGİ) bu elm müəssisə əməkdaşlarının övladları üçün 15 sentyabr – Bilik Günü münasibəti ilə tədbir keçirilib.Tədbiri GGİ-nin Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən təşkil olunub.
Bilik Günü toplantısını giriş sözü ilə açan HİK-in sədri, İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri geologiya üzrə fəlsəfə doktoru Kamran Əliyev bildirib ki, uşaqları bir araya gətirməkdən məqsəd elmə xidmət edən alimlərin övladlarına diqqət nümayış etdirmək və onlarda elmə ibtidai həvəs yaratmaqdır.
Tədbirin bədii hissəsində peşəkar incəsənət ustaları əyləncəli proqram reallaşdırıblar, həmçinin məntiqi və əyləncəli müsabiqələr keçiriblər.
Sonda tədbirdə iştirak edən 60-dan çox şagirdə məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.






GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62