Ana Səhifə / Xəbərlər

Xəbərlər

25 Sep 2019 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ALİMLƏRİ NSHQMT EKSPERTLƏRİ İLƏ BİRLİKDƏ ELMİ NƏTİCƏLƏRİ ON LİNE REJİMDƏ İSTİFADƏYƏ HAZIRLAYIRLAR


 24 sentyabr 2019-cu il

Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının ekspertləri Aleksandr Poplavskiy və Abdelouaheb Agrebi Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin dəstəyi ilə AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) ezamiyyətdədirlər.

Səfərdən məqsəd AMEA GGİ-də fəaliyyət göstərən Milli Məlumat Mərkəzindəki sistemin yenilənməsi və on-line rejimində CTBTO mərkəzi ilə birbaşa əlaqənin qurulması, birlikdə alınmış məlumatların təhlilini təmin etməkdir. Həmçinin seysmik qeydlərin anatomiyasını öyrənilməsi ilə bağlı bacarıqların artırılması və təkmilləşdirilməsi mövzusunda təlim kursu keçirməkdir. Bu məqsədlə əcnəbi mütəxəssislər Azərbaycan Milli Məlumat Mərkəzinin elmi direktoru akademik Fəxrəddin Qədirov, dosent Rafiq Səfərov və dosent Qulam Babayev ilə elmi müzakirələr aparıblar. Razılaşdırılıb ki, sistemin yenilənməsi ilə NSHQMT-ının Beynəlxalq Monitorinq Sisteminin məlumatları və Beynəlxalq Məlumat Mərkəzinin hazırladığı məlumat bazasına girişin əldə olunması, bu məlumatların mülki və elmi tətbiqi, yerli və regional hadisələrin xüsusi proqram paketləri vasitəsilə təhlili, Milli Məlumat Mərkəzində quraşdırılacaq və mövcud olan digər proqramlardan istifadə on line rejimində təmin ediləcəkdir.

Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatı (NSHQMT) nüvə sınaqlarının bütün formalarını qadağan etmək və nüvə silahlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi imkanlarını azaltmaqla, yeni və dağıdıcı gücə malik silahların istehsalının qarşısını almağa xidmət edir.

İndiyə kimi NSHQM 184 dövlət tərəfindən imzalanıb və 167 dövlət tərəfindən ratifikasiya olunub. Müqavilənin qüvvəyə minməməsinin əsas səbəbi “2-ci əlavə" dövlətləri adlanan və nüvə potensialına malik 44 dövlətdən yalnız 36-sının ona qoşulmasıdir. Hazırda "2-ci əlavə" dövlətlərindən 3-ü - Şimali Koreya, Pakistan və Hindistan müqaviləni imzalamayıb, Çin, Pakistan, Hindistan, İran və ABŞ isə imzalasa da ratifikasiya etməyib. NSHQMT-nın 14-cü maddəsinə əsasən müqavilə sözügedən 44 dövlətin hamısı tərəfindən ratifikasiya edildikdən 6 ay sonra qüvvəyə minəcəkdir.

Bildirək ki, Azərbaycan qlobal nüvə tərki-silahının və yayılmama rejiminin əsas elementlərindən biri olan NSHQM-u 1997-ci il iyulun 28-də imzalayıb, 1998-ci il dekabrın 1-də onu ratifikasiya edib, 1999-cu il fevralın 1-də isə müvafiq ratifikasiya BMT Baş katibinə təqdim edib.

AMEA Geologiya və Geofizika İnstitutu nəzdində NSHQMT-nun Milli Məlumat Mərkəzi Beynəlxalq Məlumat Mərkəzinə daxildir və dünya üzrə paylanmış Beynəlxalq Monitorinq sisteminə daxil olan stansiyalardan məlumatlar qəbul edir və ötürür.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru