Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Sep 2019 Diqər xəbərlər Diqər xəbərlər

AMEA-nın “ELM” NƏŞRIYYATI VI BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASINDA UĞURLA İŞTİRAK EDİB


30 sentyabr 2019-cu il

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-29-da Bakı İdman Sarayında təşkil olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında AMEA-nın "Elm" nəşriyyatı da təmsil olunub.

Sərgidə cari ildə nəşr olunan xeyli sayda elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər seçilmiş əsərlər, elmi-kütləvi kitablar, elmi jurnallar, biblioqrafik göstəricilər nümayiş etdirib. Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, eləcə də digər yerli və xarici tədbir iştirakçıları "Elm" nəşriyyatının təşkil etdiyi guşəyə xüsusi diqqət yetirib, müəssisənin nəşrlərini yüksək qiymətləndiriblər.