
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
23 Oct 2019
Diqər xəbərlər
AMEA-nın ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
23 oktyabr 2019-cu il
Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
Tədbirdə akademik Akif Əlizadə Ümumi yığıncağın gündəliyində AMEA-nın prezidenti vəzifəsinə seçkinin keçirilməsi olduğunu bildirib. O bu vəzifəyə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.
Daha sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin keçirilməsi üçün akademik Urxan Ələkbərovun sədrliyi, akademiklər - Vaqif Fərzəliyev, Möhsün Nağısoylu, Nailə Vəlixanlı və Əkpər Feyzullayevin üzvlüyündən ibarət hesablayıcı komissiya yaradılıb.
Səsvermənin nəticəsinə əsasən, akademik Ramiz Mehdiyev AMEA-nın yeni prezidenti seçilib.