Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
15 Nov 2019
Diqər xəbərlər
GGİ-nin ELMİ ŞURASINDA ETİ ÜZRƏ YEKUN HESABATLARIN MÜZAKİRƏSİ KEÇİRİLİB
15 noyabr 2019-cu il
Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının iclası keçirilib. İclası giriş sözü ilə açan GGİ-nin direktoru akademik Akif Əlizadə gündəliyi elan edərək 2019-cu ildə başa çatmış ETİ üzrə yekun hesabatların müzakirəsinin aparılacağını diqqətə çatdırıb.
Sonra “Neft və qaz yataqlarının formalaşması və mənimsənilməsi ilə əlaqədar məhsuldar qatın regional və lokal qeyri-bircinsliliyinin tədqiqi (Cənubi Xəzər hövzəsinin səciyyəvi yataqları timsalında-2017–2019” mövzusunda akademik Ə.Feyzullayevin və AMEA müxbir üzvü E.Əliyevanın, “Kiçik Qafqazın mezozoy maqmatizminin və filizliyinin təkamülündə intruziv komplekslərinin petrogenetik indikator rolu (Azərbaycan) - 2017-2019” mövzusunda akademik A.İsmayılzadənin məruzəsi dinlənilib.
Çoxsaylı suallar cavablandırılandan sonra məruzələr ətrafında çıxışalr olub.
Tədbirdə həmçinin elmi-tədqiqat işləri mövzusunun qismən dəyişdirilməsi ilə bağlı məsələlərə baxılıb. Eləcə də y.e.f.d., dosent S.Ə.Ələkbərovanın magistratura üzrə kadr hazırlığı haqqında informasiyası dinlənilib.
Elmi şura üzvləri, şöbə rəhbərləri, baş, aparıcı və böyük elmi işçilərin iştirakı ilə keçən iclasda bir sıra müxtəlif məsələlər də müzakirə mövzusu olub.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru