Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Nov 2019 Diqər xəbərlər Diqər xəbərlər

ÜMUMRESPUBLİKA ELMİ SEMİNARINDA MÜHÜM ELMİ NƏTİCƏLƏR TƏQDİM EDİLİB


 20 noyabr 2019-cu il

Geologiya və Geofizika İnstitutunda (GGİ) keçirilmiş ümumrespublika elmi seminarını giriş sözü ilə açan bu elmi müəssisənin direktoru akademik Akif Əlizadə cari il ərzində əldə edilmiş mühüm elmi nəticələrin təqdim olunmasının vacibliyini qeyd edib. Sonra məruzə üçün sözü alimlərə verib.

İcraçılar - akademik H.H.Quliyev, yer elmləri üzrə e.d. X.B.Ağayevin hesabatında Seysmoloji, seysmik kəşfiyyat və quyu geofiziki məlumatlar kompleksinin qeyri-xətti elastodinamikanın qeyri-klassik xəttiləşdirilmiş yaxınlaşmasına, qeyri-xətti deformasiya proseslərinin xüsusisyyətlərini nəzərə alan Berç diaqramına və deformasiyaya uğrayan bərk cism mexanikasının fundamental prinsiplərinə əsaslanan yeni geomexanik təhlil üsulu təklif edildiyi bildirilib.

Akademik F.Ə.Qədirov, yer elmləri üzrə e.d., AMEA-nın professoru Q.R.Babayev, prof. L.Teleska (İtaliya – CNR), AMEA müxbir üzvü Q.C.Yetirmişli, g.-m.e.n. S.E.Kazımovanın hesabatında bildirilib ki, Şərqi Qafqazın litosferində regional tektonik gərginlik sahəsinin inteqrə modelinin qurulmasına imkan yaradan, maqnitudu M>3 olan zəlzələlərin ocaq mexanizmlərinin kataklastik təhlilinə və CASMO (“Dunya Gərginlik Xəritəsi”) proqramının tətbiqinə əsaslanan tektonik gərginliyin qiymətləndirilməsinın kombinasiya edilmiş üsulu təklif edilib.

Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadə edilməsinə dair milli tədbirlər planına uyğun olaraq Qafqazda ilk dəfə olaraq geoparkların yaradılması konsepsiyası işlənilmiş və elmi əsaslandırıldığını AMEA müxbir üzvü T.N.Kəngərli diqqətə çatdırıb.

G.-m.e.d. M.İ.Rüstəmov bildirib ki, o, Aralıq dənizi qırışıqlıq qurşağının Xəzər-Qafqaz seqmentinin fanerozoy geoloji tarixində baykal, hersin, kimmeri və alp tektonik dövrlərində geodinamik şəraitlərin ciddi nizamlılığı müəyyən edib. Həmçinin spredinq, subduksiya kinematikası, simatik ada qövslərinin və akkresion komplekslərinin yaranması, eləcə də müxtəlif lokal filiz-maqmatik sistemlərin formalaşmasına dair yeni konsepsiyanı əsaslandırıb.

G.-m.e.d. M.N.Məmmədov, AMEA müxbir üzvü T.N.Kəngərli, g.-m.e.n. G.C.Babayevanın hesabatına görə, petrogeokimyəvi və geoloji-geodinamik tədqiqatlar nəticəsində müəyyən olunub ki, Lök-Qarabağ (Kiçik Qafqaz) və Talış struktur-formasion zonalarında aş¬kar olunmuş normal qələvili və subqələvi pikritlər yetgin adalar qövsü və riftogen şəraitlərdə mantiya plümunun təsiri ilə formalaşmış və metallo¬genik cəhətdən nəcib metallar kimi xüsusiləşib.

GGİ-nin direktoru akademik Akif Əlizadə 2019-cu il ərzində əldə edilmiş mühüm elmi nəticələri təqdim edən alimlərə təşəkkür edib və uyğun istiqamətlər üzrə tövsiyələrini verib. 
















GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru