Ana Səhifə / Xəbərlər

Xəbərlər

13 Dec 2019 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də YER ELMLƏRİ SAHƏSİNDƏ NÖVBƏTI ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB


13 dekabr 2019-cu il

“Azərbaycanın su mənbələrinin və su ehtiyatlarının qiymətləndirilməsinin bəzi problem məsələləri”mövzusunda elmi seminarı giriş sözü ilə açan İnstitutun direktoru akafemik Akif Əlizadə dünyada, eləcə də respublikada suyun ən böyük problem ola biləcəyini xatırladıb və bu ətrafda konkret misallar gətirib. Sonra deyilən mövzuda təqdimat üçün sözü c.e.d. Vaqif Məmmədova verib.

V. Məmmədov Azərbaycan Respublikasının strateji sərvətlərindən olan su mənbələrini əmələgəlmə şəraitinə görə iki qrupa ayıraraq bildirib:” Təbii əmələ gələrək, su ehtiyatları təbiət tərəfindən bərpa olunur və süni yaradılaraq, su ehtiyatları insanlar tərəfindən bərpa edilir. Hər iki qrupu əhatə edən su ehtiyatlarının təxminən >20%-i içməyə yararlı deyil. Qeyd etmək lazımdır ki, çaylar nəzərə alınmasa, digər su mənbələrinin miqdarı və su ehtiyatları kompleks tədqiq olunmadığından informasiya təxmini xarakter daşıyır. Bulaqların miqdarı və debiti haqqında məlumatlar isə çox cüzidir. Ümumiyyətlə, respublikamızın heç bir su mənbəyi üçün kadastr hazırlanmadığından onların su ehtiyatı və ekoloji durumu haqqında məlumat təxminidir.

Dünya Bankının hesabatında Azərbaycan ümumi su ehtiyatına görə 170 ölkə arasında 105-ci yerdə qərarlaşıb. Hər bir nəfərə düşən yerli su ehtiyatlarına görə isə 140-cı yerdədir.

Qonşu dövlətlərdə tranzit çayların suyundan istifadə artdıqca, respublikamıza daxil olan suların miqdarı zamanla azalır.

17 yeraltı su hövzəsindən üçü üçün ehtiyatlar, altısı üçün proqnoz ehtiyatlar müəyyənləşdirilməyib. Su mənbələri və su ehtiyatlarının əsas göstəriciləri və müasir ekoloji şəraiti nəzərə alınmaqla onların inteqrasiyalı idarə olunmasına zərurət yaranıb.

Məruzəçi çoxsaylı sualları cavablandırandan sonra mövzu ilə bağlı çıxışlar dinlənilib.













GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru