Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Dec 2019 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCANDA YENİ SEYSMİK STANSİYALAR QURAŞDIRILACAQ


19 dekabr 2019-cu il

Respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən daha 22 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. “Qafqazda Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsi çərçivəsində quraşdırılacaq stansiyalardan 14-ü Xəzər dənizinin Azərbaycan sektoru boyunca sahilyanı quru ərazilərdə, 6-sı isə palçıq vulkanları ətrafında quraşdırılacaq.

Hazırda respublika ərazisində RSXM-nin 35 daimi seysmik stansiyası var. Bundan başqa “Qafqaz kəsilişi” layihəsi üzrə 17, eləcə də qruntun titrəyişini qeydə alan 10 stasionar Basalt seysmik stansiyası işləyir. Yeni stansiyaların quraşdırılmasından sonra ölkə ərazisində ümumilikdə 84 seysmik stansiya fəaliyyət göstərəcək.

Qeyd edək ki, RSXM - də aparılan tədqiqatlar zamanı məlumat mübadiləsi əsasında sərhəd bölgəsində yerləşən Gürcüstanın Seysmoloji Xidmət Mərkəzinin 3, Türkiyənin isə 2 seysmik stansiyasının məlumatlarından da istifadə edilir.



AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi