Xəbərlər


COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİ ÜZRƏ TƏLİMLƏR BAŞLAYIR


 04 oktyabr 2019-cu il

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlər başlayır. İki həftə davam edəcək təlimləri Avstraliyanın Sidney şəhəri, Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli aparacaq.

Təlimlərə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geofizika və Geologiya İnstitutları, Respublika Seysmoloji Xidməti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti cəlb olunub.

Oktyabrın 7-də saat saat 11.00-da AMEA Coğrafiya İnstitutunun akt zalında (8-ci mərtəbə) keçiriləcək açılış mərasiminə KİV dəvətlidir.

AMEA akademik. H. Əliyev adına
Coğrafiya İnstitutunun
ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 538-59 76
mob. (050) 630-10-21
[email protected]