Xəbərlər


GGİ-nin GƏNC ALİMİNƏ “AMEA-nın PROFESSORU” ADININ DİPLOMU TƏQDİM EDİLMİŞDİR


3 oktyabr 2019-cu il

Geologiya və Geofizika İnstitutu Seysmologiya və seysmik təhlükə şöbəsinin rəhbəri yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayevə “Azərbaycan Milli Elmlər Akademiyasının professoru” adının diplomu təqdim edilmişdir.

Diplomu gənc alimə AMEA Yer Elmləri Bölməsinin, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə elmi sessiyasında akademik Fəxrəddin Qədirov təqdim edərək ona gələcək elmi tədqiqat işlərində yeni uğurlar arzulamışdır.

Xatırladaq ki, “Azərbaycan Milli Elmlər Akademiyasının professoru” adı AMEA Rəyasət Heyətinin 18 yanvar 2017-ci il tarixli qərarı ilə təsis edilmiş və AMEA Rəyasət Heyətinin 2 fevral 2017-ci il tarixli qərarı ilə “AMEA-nın professoru” adı haqqında Əsasnamə təsdiq olunmuşdur.

AMEA Rəyasət Heyətinin 3 aprel 2019-cu il qərarı ilə “AMEA-nın professoru” adını almaq üçün müsabiqə elan edilmişdir. AMEA-nın Rəyasət Heyətində gizli səsvermə nəticəsində 13 nəfər AMEA-nın professoru seçilmişdir. Onlardan biri də AMEA Yer Elmləri Bölməsinin geofizika sahəsi üzrə mütəxəssisi, GGİ Seysmologiya və seysmik təhlükə şöbəsinin rəhbəri Qulam Babayevdir.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]