
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Haqqımızda / Alimlər / Abbasov Orxan Rafael oğlu
Abbasov Orxan Rafael oğlu

Anadan olduğu yer | Astara, Azərbaycan | ||
Təvəllüdü | 1980 | ||
Bitirdiyi ali təhsil müəssisəsi | Azərbaycan Dövlət Neft Akademiyası | ||
Elmi dərəcəsi | Yer elmləri doktoru | ||
Elmi rütbəsi | Dosent | ||
Namizədlik (PhD) dissertasiyasının mövzusu: | |||
- ixtisas şifri | 25.00.12 | ||
- ixtisasın adı | Neft və qaz yataqlarının geologiyası,axtarışı və kəşfiyyatı | ||
- mövzunun adı | Qobustanın paleogen-miosen çöküntülərində yanar şistlərin paylanma qanunauyğunluqlar | ||
Doktorluq dissertasiyasının mövzusu:
|
|||
- ixtisas şifri | 2521.01 | ||
- ixtisasın adı | Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı | ||
- mövzunun adı |
Azərbaycanın yanar şistləri: əmələgəlmə şəraiti, yayılma qanunauyğunluqları, geokimyəvi xüsusiyyətləri və proqnoz resurslarının qiymətləndirilməsi |
||
Müxbir üzv seçilməsi: | |||
- tarix | |||
- ixtisasın adı | |||
Həqiqi üzv seçilməsi: | |||
- tarix | |||
- ixtisasın adı | |||
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: | 97 | ||
- xaricdə çıxmış elmi əsərlərinin sayı: | 47 | ||
- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: | 35 | ||
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 1 | ||
Kadr hazırlığı: | |||
- fəlsəfə doktorlarının sayı | |||
- elmlər doktorlarının sayı | |||
Əsas elmi nailiyyətləri |
“İlk dəfə olaraq Azərbaycanın Orta Eosen yaşlı şistlərinin kompleks mineraloji və geokimyəvi tədqiqatları əsasında onların əmələgəlmə şəraiti, şist neftinin yüksək potensiallığı və perspektivli sahələr” adlı mühüm elmi nəticəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsdiqlənib. Sintetik neft-qaz və istilik-elektik enerjisi daxil olmaqla, həm də 50-dən artıq sənaye məhsullarının əldə olunmasında dünyada xammal kimi geniş istifadə olunan yanar şistlərin Azərbaycanda ilk dəfə olaraq çoxsaylı yataqları aşkarlanmış, onların yayılma sahələri xəritələşdirilmiş, ehtiyatları hesablanmış, əmələgəlmə şəraitləri öyrənilmiş, şist qazı və şist neftinin alınması baxımından perspektivli sahələrin yüksək potensialı elmi əsaslandırılmışdır. İlk dəfə olaraq, geoloji, mineraloji və geokimyəvi qiymətləndirmələr əsasında Azərbaycanın zəngin neft və qaz yataqlarının formalaşmasında üzvi maddə ilə zəngin şistlərin (Orta Eosen, Maykop və Diatom yaşlı) ana süxur kimi rolu aşkarlanmışdır. Məlum olmuşdur ki, oxşar təkamül xüsusiyyətləri nümayiş etdirən, o cümlədən dəniz mühtinin daha güclü təsirinə məruz qalan və alifatik üzvi tərkiblərlə səciyyələnən planktonlarla (avtoxton üzvi maddələrlə) assosiasiya təşkil edən Orta Eosen və Diatom şistləri Maykop seriyası şistlərindən xeyli fərqlənməklə neft törədə bilən ana süxurlardır. Terrigen çöküntütoplanmaya daha çox məruz qalan və əsasən III tip kerogenlə əlaqə göstərən Maykop şistləri isə daha çox qaztörədən ana süxurdur. Şərqi Azərbaycanda daha çox enmiş sahilyanı zonada və Xəzər dənizi akvatoriyasında hər üç stratiqrafik vahidə aid üzvi maddə ilə zəngin (2.9-27,7 % TOC) şistlərin termal yetkinliyi xeyli artaraq neft-qaz əmələgəlməyə töhfə verir. Azərbaycanın palçıq vulkanlarına aid karbohidrogen qazlarının mənşəyi ilə əlaqədar aparılmış müasir tədqiqatlar, ilk dəfə olaraq müəyyən etmişdir ki, vulkandan xaric olunan metan ilkin termogen metanın metanogen biodeqradasiyaya uğramış dəyişmiş məhsuludur. Ümumilikdə, qruplaşmış metan izotopoloqları (Δ12CH2D2 və Δ13CH3D) ənənəvi izotop göstəriciləri ilə müqayisədə, ikincidərəcəli bakterial metanını müəyyən etmək və təbii qazın təkamülünün dəqiq mərhələlərini başa düşmək üçün unikal perspektiv vəd edir. Azərbaycanın quru ərazisində (sahilyanı zonada) və Xəzərdə yerləşən palçıq vulkanına aid sular Na-Cl tərkibinə malikdir və onlar buxarlanmış Xəzər dənizi, dayaz “az minerallaşmış” məsamə və dərinlikdə yerləşmiş “yüksək minerallaşmış” duzlu suların qarışığından əmələ gəlmişlər. Onlar ~1-4 km dərinlikdə yerləşən Məhsuldar qat çöküntülərindən generasiya olunurlar. |
||
Elmi əsərlərinin adları |
Matthieu Dupuis, Francis Odonne, Patrice Imbert, Orhan Abbasov, et al. The Ayaz-Akhtarma mud volcano: an actively growing mud pie in the foothills of the Greater Caucasus, Azerbaijan. 13th International Conference on Gas in Marine Sediments, Tromsø, Norway, 2016, 19-22 September. |
||
Respublika, beynəlxalqvə xarici ölkələrin elmi qurumlarında üzvlüyü | Avropa Yer Elmləri İttifaqına da üzv | ||
Pedaqoji fəaliyyəti | 2017-2023-cü illərdə Geologiya və Geofizika İnstitutunun magistrlərinə “Neft və qaz geologiyasi”, “Yanar faydalı qazıntıların geokimyasina giriş”, “Okean və okean çöküntülərinin geokimyası” və “Geokimyəvi axtarış üsulları” fənlərini tədris etmişdir | ||
Digər fəaliyyəti | İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri; | ||
Təltif və mükafatları |
Məhsuldar elmi və ictimai fəaliyyətinə görə AMEA-nın Yer Elmləri Bölməsinin “Fəxri Fərmanı” (2015-ci il) |
||
Əsas iş yeri və ünvanı | Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu, H. Cavid pr., 119 | ||
Vəzifəsi | Baş elmi işçi | ||
Xidməti tel. | +994(012) 539 40 52 | ||
Mobil tel. |
+994 051 7609090 |
||
Ev telefonu |
|
||
Faks |
|
||
Elektron poçtu |