Ana Səhifə / Fəaliyyət / Xəzər sineklizinin şərq hissəsində çöküntütoplanma şəraiti və mezozoy çöküntüləri kollektorlarının keyfiyyətinə fasial nəzarət

Avtoreferatlar

Xəzər sineklizinin şərq hissəsində çöküntütoplanma şəraiti və mezozoy çöküntüləri kollektorlarının keyfiyyətinə fasial nəzarət

İddiaçı: Pronin Nikita Alekseyeviç

İxtisas: 2521.01 – Neft-qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı

Elm sahəsi: Yer elmləri

 

Mövzunun aktuallığı və öyrənilmə dərəcəsi

Xə­zər­ya­nı si­nek­li­zin cə­nub-şərq his­sə­sin­də Me­zo­zoy çö­kün­tü­lə­ri kol­lek­tor­la­rı­nın key­fiy­yə­ti­nin fa­si­yal yox­la­nıl­ma­sı və çö­kün­tü­top­lan­ma şə­rai­ti­nin təd­qi­qi la­yın pet­ro­fi­zi­ki mo­de­li­nin qu­rul­ma­sın­da, qu­yu­lar ara­sın­da stra­tiq­ra­fik kor­rel­ya­si­ya­nın də­qiq­ləş­di­ril­mə­si və ya­taq­la­rın kon­sep­tu­al se­di­men­to­lo­ji mo­de­li­nin ve­ril­mə­sin­də bö­yük əhə­miy­yə­tə ma­lik­dir. Təd­qiq olu­nan re­gi­on uni­kal geo­lo­ji struk­tur­la sə­ciy­yə­lən­di­yi üçün bir sı­ra alim və mü­hən­dis-neft­çi­lə­rin diq­qə­ti­ni cəlb edir. Me­zo­zoy, xüsu­si­lə Yu­ra və Tə­ba­şir yaş­lı kar­bo­hid­ro­gen kol­lek­tor­la­rı­nın for­ma­laş­ma (əmə­lə­gəl­mə) pro­ses­lə­ri­nin öy­rə­nil­mə­si ye­ni ya­taq­la­rın ax­ta­rış və kəşfiy­ya­tın­da, ey­ni za­man­da KH ha­si­la­tı­nın op­ti­mal­laş­dı­rıl­ma­sın­da həll­­e­di­ci ro­la ma­lik­dir.

Bu təd­qi­qat­da ba­xı­lan əsas ak­tu­al prob­lem­lər­dən bi­ri Xə­zər­ya­nı si­nek­li­zin cə­nub-şərq his­sə­sin­də yer­lə­şən qu­yu­la­ra aid kern ma­te­ri­al­la­rı­nın li­to­lo­ji-se­di­men­to­lo­ji ana­liz əsa­sın­da çö­kün­tü­top­lan­ma pro­ses­lə­ri­nin komp­leks ana­li­zi­dir. Hə­min ana­liz­lə­rə kol­lek­tor­la­rın ge­ne­zi­si və onla­rın key­fiy­yə­ti­nin an­la­şıl­ma­sı üçün əsas olan çö­kün­tü­lə­rin fa­si­yal xa­rak­te­ris­ti­ka­sı­nın öy­rə­nil­mə­si və Me­zo­zoy era­sın­da çö­kün­tü­top­lan­ma şə­rai­ti­nin tə­ka­mü­lü aiddir.

Təd­qi­qat ra­yo­nun­da əv­vəl­lər hə­ya­ta ke­çi­ril­mə­yən kol­lek­tor­la­rın key­fiy­yə­ti­nə fa­si­yal nə­za­rə­tin ye­ri­nə ye­ti­ril­mə­si va­cib mə­sə­lə he­sab olu­nur. Ana­liz me­tod­la­rı­na geo­fi­zi­ki mə­lu­mat­lar və ker­nin stan­dart ana­li­zi­nin mü­əy­yən həc­mi aiddir. Əl­də olu­nan nə­ti­cə­lər sü­xur­la­rın teks­tur və fi­zi­ki xü­su­siy­yət­lə­ri­nin tə­yin olun­ma­sı­na yö­nəl­dil­miş­dir. Bu mə­lu­mat­lar əsa­sın­da kol­lek­tor­la­rın key­fiy­yə­ti­nə tə­sir gös­tə­rən ke­çi­ri­ci­lik, doymuş­luq və di­gər va­cib (əhə­miy­yət­li) pa­ra­metr­lər, həm­çi­nin on­la­rın çö­kün­tü­top­lan­ma şə­rai­ti ilə əla­qə­si qiy­mət­lən­di­ril­miş­dir.

Çö­kün­tü fa­si­ya­la­rı­nın həm kə­si­liş­də, həm də mə­kan­da növ­bə­lən­mə­si­ni ay­dın şə­kil­də əks et­di­rən ya­taq­la­rın mə­kan se­di­men­to­lo­ji mo­de­li­nin an­la­şıl­ma­sı, ker­nin pet­ro­fi­zi­ki ana­liz mə­lu­mat­la­rı, ka­ro­taj di­aq­ram­la­rın in­terp­re­ta­si­ya­sı və struk­tur xə­ri­tə­lər məh­sul­dar qa­tın key­fiy­yət­li rə­qəm­sal geo­lo­ji fa­si­yal-yö­nəl­miş 3D mo­de­li­ni qur­maq, həm­çi­nin lay­la­rın geo­met­ri­ya­sı­nı və re­zer­vu­ar­la­rın ar­xi­tek­tu­ra­sı­nı ya­rat­maq üçün əsas ro­lu­nu oy­na­yır. Əl­də olu­nan mə­lu­mat­lar ya­taq­la­rın iş­lən­mə pro­se­sin­də əsas­lan­dı­rıl­mış qə­rar­la­rın qə­bul olun­ma­sı, KH ha­si­la­tı­nın op­ti­mal­laş­dı­rıl­ma­sı, ye­ni tex­no­lo­gi­ya­la­rın tət­bi­qi və kar­bo­hid­ro­gen­lə­rin çı­xa­rıl­ma me­tod­la­rı­nın yax­şı­laş­dı­rıl­ma­sı üçün ef­fek­tiv alət he­sab olu­nur. Bu da öz növ­bə­sin­də ca­ri təd­qi­qa­tın ak­tu­al­lı­ğı­nı bir da­ha təs­diq­lə­yir.

Be­lə­lik­lə, ca­ri iş­də təq­dim olu­nan nə­ti­cə­lər həm el­mi, həm də prak­ti­ki əhə­miy­yə­tə ma­lik­dir. Bu mə­lu­mat­lar öy­rə­ni­lən re­gi­on­da kollek­tor­la­rın əmə­lə­gəl­mə ta­ri­xi­ni və key­fiy­yə­ti­ni da­ha tam an­la­ma­ğa im­kan ve­rir, ey­ni za­man­da geo­lo­ji və hid­ro­di­na­mik mo­del­ləş­dir­mə üçün va­cib mə­lu­mat təq­dim edir.   


Təd­qi­qa­tın ob­yek­ti və pred­me­ti:

Təd­qi­qat ob­yek­ti Tən­giz-Qa­şa­qan neft­li-qaz­lı ra­yo­nu­na da­xil olan, Xə­zər­ya­nı si­nek­li­zin cə­nub-şərq his­sə­sin­də neft­li-qaz­lı ya­taq­la­rın Yu­ra və Tə­ba­şir çö­kün­tü­lə­ri­dir. Bu çö­kün­tü­lər Ka­ra­ton-Tən­giz qal­xım sis­te­mi, Pror­vin qal­xım zo­na­sı və Sa­giz nis­bə­tən qal­xım zo­na­sın­dan cə­nu­ba doğ­ru yer­lə­şən çö­kək his­sə ilə tek­to­nik cə­hət­dən əla­qə­li­dir.

Təd­qi­qa­tın pred­me­ti doq­quz ya­taq­da 21 qu­yu­dan gö­tü­rü­lən, ümu­mi həc­mi 1331,81 metr­lik kern ma­te­ria­lı­dır. Bu ma­te­ri­al li­to­lo­ji-se­di­men­to­lo­ji mak­ros­ko­pik təs­vir olun­muş, əv­vəl­lər apa­rıl­mış stan­dart kern ana­li­zi nə­ti­cə­lə­ri və qu­yu­la­rın geo­fi­zi­ki təd­qi­qi (QGT) ma­te­ri­al­la­rı nə­zə­rə alın­maq­la in­terp­re­ta­si­ya olun­muş­dur.


Təd­qi­qa­tın məq­səd və və­zi­fə­lə­ri:

Təd­qi­qa­tın məq­sə­di Xə­zər­ya­nı si­nek­li­zin şərq his­sə­sin­də Yu­ra-Tə­ba­şir çö­kün­tü­lə­ri­nin komp­leks fa­si­yal ana­li­zi­nin ye­ri­nə ye­ti­ril­mə­si və kol­lek­tor­la­rın key­fiy­yə­ti­nə fa­si­yal nə­za­rə­tin hə­ya­ta ke­çi­ril­mə­si­dir. Komp­leks ana­liz va­si­tə­si­lə əl­də olu­nan nə­ti­cə­lər ya­ta­ğın geo­lo­ji  mo­del­lə­ri­nin qu­rul­ma­sın­da is­ti­fa­də olu­na­caq.

Təd­qi­qa­tın mə­sə­lə­lə­ri­nə aiddir:

Təd­qi­qat ra­yo­nu­nun geo­lo­ji xa­rak­te­ris­ti­ka­sı­nın, o cüm­lə­dən paleo­coğ­ra­fi şə­rai­ti­nin öy­rə­nil­mə­si;

Or­qa­nizm­lə­rin hə­yat fəa­liy­yə­ti iz­lə­ri­nin öy­rə­nil­mə­si nə­ti­cə­sin­də Yu­ra və Tə­ba­şir çö­kün­tü­lə­ri­nə aid ker­nin li­to­lo­ji-se­di­men­to­lo­ji ana­li­zi; li­to­lo­ji-se­di­men­to­lo­ji sü­tun­la­rın və plan­şet­lə­rin qu­rul­ma­sı;

Yu­ra və Tə­ba­şir çö­kün­tü­lə­ri­nin çö­kün­tü­top­lan­ma şə­rai­ti­nin bər­pa­sı; təd­qi­qat ra­yo­nun­da za­man və mə­kan­ca fa­si­yal şə­rai­tin də­yiş­mə­si­nin mü­əy­yən olun­ma­sı;

Ay­rıl­mış fa­si­ya­lar­la çö­kün­tü­lə­rin li­to­lo­ji-mi­ne­ro­lo­ji tər­ki­bi­nin əla­qə­si;

Sü­xu­run filt­ra­si­ya-tu­tum xü­su­siy­yət­lə­ri­nin xa­rak­te­ris­ti­ka­sı, bu xü­su­siy­yət­lə­rin çö­kün­tü­top­lan­ma şə­rai­ti və li­to­lo­gi­ya­dan ası­lı­lı­ğı­nın mü­əy­yən olun­ma­sı;

Dün­ya okea­nı sə­viy­yə­si­nin də­yiş­mə­si­nin təd­qi­qat ra­yo­nu hüdud­la­rın­da çö­kün­tü­lə­rin top­lan­ma­sı­na tə­si­ri­nin mü­əy­yən olun­ma­sı.


Qar­şı­ya qo­yu­lan mə­sə­lə­lə­rin təd­qi­qat me­tod­la­rı:

Qar­şı­ya qo­yu­lan mə­sə­lə­lə­rin həl­li üçün ker­nin mak­ros­ko­pik se­di­men­to­lo­ji təs­vi­ri me­to­dun­dan is­ti­fa­də edil­miş­dir. Həm­çi­nin geo­lo­ji-geo­fi­zi­ki mə­lu­mat­la­rın, ker­nin stan­dart ana­li­zi­nin və rent­gen-diff­rak­si­ya təh­li­li­nin nə­ti­cə­lə­ri öy­rə­nil­miş­dir.


Mü­da­fiə­yə təq­dim olu­nan müd­dəa­lar:

Xə­zər­ya­nı si­nek­li­zin şərq his­sə­sin­də Yu­ra-Tə­ba­şir çö­kün­tü­lə­ri­nin top­lan­ma­sı­nın sə­ciy­yə­vi xü­su­siy­yət­lə­ri

Yu­ra-Tə­ba­şir re­zer­vu­ar­la­rı­nın qu­ru­lu­şu­nun he­te­ro­gen­li­yi: onun tə­biə­ti və re­zer­vu­ar­la­rın key­fiy­yə­ti­nə tə­si­ri.


El­mi ye­ni­lik:

- kern ma­te­ria­lı­nın se­di­men­to­lo­ji ana­li­zi əsa­sın­da Yu­ra və Tə­ba­şir çö­kün­tü­lə­ri­nin çö­kün­tü­top­lan­ma şə­rai­ti­nin də­qiq xa­rak­te­ris­ti­ka­sı ve­ril­miş­dir.

- ilk də­fə ola­raq öy­rə­ni­lən re­gio­nun pa­leo­coğ­ra­fi bər­pa­sı­nı dəqiq­ləş­dir­mə­yə im­kan ve­rən təd­qiq olu­nan ra­yo­nun Yu­ra-Tə­ba­şir çökün­tü­lə­ri­nin kern ma­te­ri­al­la­rın­da ix­no­fos­sil­lə­rin də­qiq ana­li­zi hə­ya­ta ke­çi­ril­miş­dir;

- ilk də­fə ola­raq təd­qi­qat ra­yo­nu­nun Yu­ra döv­rün­də fa­si­yal ra­yon­laş­dı­rıl­ma­sı və pa­leo­coğ­ra­fi şə­rai­ti bər­pa olun­muş­dur;

- Yu­ra-Tə­ba­şir çö­kün­tü­lə­ri­nin tu­tum-filt­ra­si­ya xü­su­siy­yət­lə­ri gös­tə­ri­ci­lə­ri­nin və on­la­rın top­lan­ma şə­rai­ti­nin uy­ğun­laş­dı­rıl­ma­sı əsa­sın­da öy­rə­ni­lən ra­yon­da sü­xur-kol­lek­tor­la­rın for­ma­laş­ma­sı üçün da­ha əl­ve­riş­li fa­si­ya­lar mü­əy­yən olun­muş­dur. Bu fa­si­ya­la­ra sa­hil şə­rai­ti, daxi­li, or­ta şelf, del­ta axar­la­rı və mən­səb ba­rı aiddir;

- da­ha əv­vəl kol­lek­tor-qey­ri kol­lek­tor prin­si­pi­nə əsas­la­nan model­ləş­dir­mə eh­ti­yat proq­no­zu­nu təs­diq et­mə­miş­dir. Tə­rə­fi­miz­dən təq­dim olu­nan fa­si­yal mo­del S.Nur­ja­nov ya­ta­ğı­nın məh­sul­dar ho­ri­zon­tun­da eh­ti­yat­la­rın art­ma­sı­na gə­ti­rib çı­xar­mış­dır.

  • ya­rı qa­pa­lı su höv­zə­si­nin möv­cud ol­ma­sı, çox­say­lı fa­si­yal hori­zon­tal yer­də­yiş­mə­lə­rə, həm­çi­nin sü­xur-kol­lek­tor­la­rın top­lan­ma­sı üçün əl­ve­riş­li şə­rai­tin ya­ran­ma­sı­na sə­bəb olan və təd­qi­qat ra­yo­nun­da Yu­ra-Tə­ba­şir re­zer­vu­ar­la­rı­nın ar­xi­tek­tu­ra­sı­nın he­te­ro­gen­li­yi­ni şərt­lən­di­rən də­niz sə­viy­yə­si­nin tez-tez də­yiş­mə­si mü­əy­yən olun­muş­dur.


İşin nə­ti­cə­lə­ri­nin nə­zə­ri və prak­ti­ki əhə­miy­yə­ti:

Nə­zə­ri əhə­miy­yə­ti: əl­də olu­nan nə­ti­cə­lər Xə­zər­ya­nı si­nek­li­zin şərq his­sə­si­nin pa­leo­coğ­ra­fi ta­ri­xi­nin an­la­şıl­ma­sın­da və pa­leo­coğ­ra­fi fak­tor­la­rın kol­lek­tor sü­xur­la­rın əmə­lə gəl­mə­si­nə və re­zer­vu­ar­la­rın key­fiy­yə­ti­nə tə­si­rin­də əhə­miy­yət­li ro­la ma­lik­dir.

Prak­ti­ki əhə­miy­yə­ti: əl­də olu­nan nə­ti­cə­lə­rin ana­lo­ji tip höv­zə­lə­rin geo­lo­ji, fa­si­yal və hid­ro­di­na­mik mo­del­ləş­di­ril­mə­sin­də tət­biq olun­ma­sın­dan iba­rət­dir.

 

Avtoreferatı yüklə