Ana Səhifə / Fəaliyyət / Cənubi Xəzər Hövzəsinin qərb cinahının miosen çöküntülərinin toplanma şəraiti, kollektor xüsusiyyətləri və neft-qazlılıq perspektivləri

Avtoreferatlar

Cənubi Xəzər Hövzəsinin qərb cinahının miosen çöküntülərinin toplanma şəraiti, kollektor xüsusiyyətləri və neft-qazlılıq perspektivləri

İddiaçı: Kamal Firudin oğlu Mustafayev 

İxtisas: 2517.01 –  “Litologiya”

Elm sahəsi: Yer elmləri

 

Möv­zu­nun ak­tu­al­lı­ğı və iş­lən­mə də­rə­cə­si: Azər­bay­ca­nın əsas neft­li-qaz­lı çö­kün­tü komp­lek­si ki­mi Plio­se­nin (Məh­sul­dar qa­tın) uzun illər əra­zin­də təf­si­lat­lı təd­qi­qi, onun kə­si­li­şin­də mü­əy­yən­ləş­di­ril­miş kar­bo­hid­ro­gen ya­taq­la­rı­nın məh­sul­dar şə­kil­də mə­nim­sə­nil­mə­si­nə im­kan ya­rat­mış­dır. La­kin ha­zır­kı mər­hə­lə­də, də­niz­də və qu­ru­da yer­lə­şən Plio­sen struk­tur­la­rı ilə əla­qə­dar ya­taq­la­rın is­tis­mar gös­tə­ri­ci­lə­ri ilə bağ­lı mü­əy­yən­lə­şən sta­tis­tik gös­ti­ri­ci­lər­lə ya­na­şı, xü­su­sən ya­xın gə­lə­cək­lə bağ­lı proq­noz­lar po­ten­si­al ba­xı­mın­dan al­ter­na­tiv neft­li-qaz­lı ob­yekt­lə­rin pers­pek­tiv­li­yi­nin qiy­mət­lən­di­ril­mə­si­ni şərt­lən­di­rir. Bu nöq­te­yi-nə­zər­dən, ikin­ci­də­rə­cə­li neft­li-qaz­lı çö­kün­tü komp­lek­si he­sab olu­nan Mio­se­nin kə­si­li­şin­də sə­na­ye əhə­miy­yət­li kar­bo­hid­ro­gen yı­ğım­la­rı­nın top­lan­ma­sı üçün əl­ve­riş­li şə­rai­tə ma­lik stra­tiq­ra­fik ob­yekt­lə­rin aş­kar­lan­ma­sı Azər­bay­can­da neft sə­na­ye­si­nin in­ki­şa­fı üçün xü­su­si ak­tu­al­lıq for­ma­laş­dı­rır.  


Son il­lər ər­zin­də Cə­nu­bi Xə­zər Höv­zə­si­nin (CXH) qərb ci­na­hın­da (bor­tun­da) Mio­sen çö­kün­tü­lə­ri ilə əla­qə­dar bə­zi neft və kon­den­sat ya­taq­la­rı (San­qa­çal, Lök­ba­tan, Qa­ra­dağ və Um­ba­kı) ilə bə­ra­bər, həm də bir sı­ra sa­hə­lər­də (mə­sə­lən, Höv­san­da) neft axı­mı­nın aş­kar­lan­ma­sı bu­ra­da sö­zü­ge­dən çö­kün­tü komp­lek­si­nin neft və qaz po­ten­sia­lı­nın qiy­mət­lən­di­ril­mə­si ilə əla­qə­dar da­ha təf­si­lat­lı təd­qi­qat­la­rın apa­rıl­ma­sı­nı şərt­lən­di­rir. Bax­ma­ya­raq ki, in­di­yə­dək CXH-nin qərb ci­na­hın­da apa­rı­lan geo­lo­ji-geo­fi­zi­ki və qa­zı­ma iş­lə­ri nə­ti­cə­sin­də Mio­se­nin struk­tur-tek­to­nik xü­su­siy­yət­lə­ri və onun kə­si­li­şi ba­rə­sin­də xey­li mə­lu­mat­lar əl­də olun­muş­dur, la­kin re­zer­vu­ar nöq­te­yi-nə­zə­rin­dən onun neft-qaz­lı­lıq po­ten­sia­lı­nın xü­su­sən çö­kün­tü­top­lan­ma şə­rai­ti, li­to­fa­si­al və kol­lek­tor xas­səs­lə­ri ba­xı­mın­dan müa­sir ana­li­tik təd­qi­qat­lar­la öy­rə­nil­mə­si və əl­də olu­nan nə­ti­cə­lə­rin in­teq­ra­tiv təh­lil­lə­ri əsa­sın­da pers­pek­tiv­li sa­hə­lə­rin mü­əy­yən­ləş­di­ril­mə­si yö­nün­də ça­tış­ma­maz­lıq­lar diq­qət çə­kir. Ha­zır­kı dis­ser­ta­si­ya işin­də in­di­yə­dək geo­lo­ji, geo­fi­zi­ki və qa­zı­ma is­ti­qa­mət­lə­rin­də apa­rıl­mış təd­qi­qat iş­lə­rin­dən əl­də olun­muş mə­lu­mat­lar təh­lil edi­lə­rək, təd­qi­qat ob­yek­ti üz­rə re­gio­nal geo­lo­ji xü­su­siy­yət­lər və fərq­li tek­to­nik zo­na­la­ra aid struk­tur qu­ru­luş da­ha təf­si­lat­lı öy­rə­nil­mək­lə, müa­sir ya­naş­ma­lar əsa­sın­da CXH-nin qərb ci­na­hın­da fərq­li li­to­tip­lə­rin ya­yıl­ma xü­su­siy­yət­lə­ri və on­la­rın kol­lek­tor­lu­ğu­nu şərt­lən­di­rən ge­ne­tik amil­lər haq­qın­da ye­ni mə­lu­mat­lar təq­dim olu­nur. Məhz hə­min mə­lu­mat­lar Mio­se­nin kə­si­li­şin­də əl­ve­riş­li re­zer­vu­ar xas­sə­lə­ri­nə ma­lik stra­tiq­ra­fik ob­yekt­lə­rin sa­hə və kə­si­liş üz­rə pay­lan­ma­sın­da mü­əy­yən   qa­nu­na­uy­ğun­luq­la­rın aş­kar­lan­ma­sı­na və nə­ti­cə eti­ba­rı ilə ax­ta­riş-kəş­fiy­yat iş­lə­ri­nin is­ti­qa­mət­lən­di­ril­mə­si yö­nün­də pers­pek­tiv­li sa­hə­lə­rin tək­lif olun­ma­sı­na im­kan ver­miş­dir. 


Təd­qi­qa­tın ob­yek­ti və pred­me­ti:
Geo­di­na­mik in­ki­şaf xü­su­siy­yət­lə­ri­nə və çö­kün­tü­top­lan­ma şə­rai­ti­nə gö­rə un­ki­al höv­zə he­sab olu­nan Cənu­bi Xə­zə­rin Neo­gen çö­kün­tü komp­lek­si neft-qaz­lı­lı­ğın sa­hə­vi və kəsi­liş üz­rə pay­lan­ma­sı ba­xı­mın­dan təd­qi­qat­lar üçün da­im bö­yük ma­raq kəsb et­miş­dir. Ha­zır­kı mər­hə­lə­də Azər­bay­can­da neft-qaz­lı­lıq nöq­te­yi-nə­zə­rin­dən Neo­ge­nin Mio­sen çö­kün­tü­lə­ri­nin təd­qi­qi gə­lə­cək ax­ta­riş-kəş­fiy­yat işlə­ri­nin is­ti­qa­mət­lən­di­ril­mə­si üçün əsas prio­ri­tet­lər­dən he­sab olu­nur ki, təq­dim olu­nan işin təd­qi­qat ob­yek­ti­ni məhz sö­zü­ge­dən höv­zə­nin qərb bor­tu, o cüm­lə­dən onun çox­say­lı sa­hə­lə­rin­də tə­za­hür edən Oli­qo­sen-Üst Mio­se­nə aid ye­rüs­tü kə­si­liş­lər və qa­zı­ma ilə mü­əy­yən­lə­şən kern nü­mu­nə­lə­ri­nin araş­dı­rıl­ma­sı təş­kil edir. İş­də təd­qi­qat ob­yek­ti­nə da­ir çap olun­muş ge­niş mə­lu­mat ba­za­sı təh­lil olun­maq­la, CXH-nin qərb ci­ha­nın geo­lo­ji, struk­tur-tek­to­nik in­ki­şaf xü­su­siy­yət­lə­ri araş­dı­rıl­maq­la bə­ra­bər, həm də  ye­rüs­tü kə­si­liş­lə­rə və kern­lə­rə aid çox­say­lı nü­mu­nə­lə­rin pet­roq­ra­fik, mi­ne­ra­lo­ji və kol­lek­tor xü­su­siy­yət­lə­ri öy­rə­ni­lə­rək Mio­se­nin fərq­li re­gio­mər­tə­bə­lə­ri­nə aid li­to­tip­lə­rin əmə­ləgl­mə şə­ra­it­lə­ri­nə və on­la­rın re­zer­vu­ar xü­su­siy­yət­lə­ri­nə nə­za­rət edən amil­lər ge­niş araş­dır­lır ki, bun­lar işin ümu­mi pred­me­ti­ni təş­kil edir.   


Təd­qi­qa­tın məq­səd və və­zi­fə­lə­ri:
İn­di­yə­dək hə­ya­ta ke­çi­ril­miş geo­lo­ji, geo­fi­zi­ki və qa­zı­ma iş­lə­ri­nə da­ir ge­niş mə­lu­mat ba­za­sı­nı təh­lil et­mək­lə, CXH-nin qərb ci­na­hı üçün Mio­sen yaş­lı çö­kün­tü­lə­rin struk­tur-tek­to­nik qu­ru­lu­şu ilə bağ­lı də­qiq­ləş­dir­mə­lə­rin apa­rıl­ma­sı, ye­rüs­tü kə­si­liş və kern nü­mu­nə­lə­ri­nin müa­sir pet­roq­ra­fik, mi­ne­ra­lo­ji və pet­ro­fi­zi­ki ana­liz­lə­ri əsa­sın­da Oli­qo­sen-Üst Mio­sen ara­lıq­lı li­to­tip­lə­rin se­di­men­ta­si­ya şə­ra­it­lə­ri­nin, lito­fa­si­al və kol­lek­tor­luq xas­sə­lə­ri­nin öy­rə­nil­mə­si nə­ti­cə­lə­ri­nə is­ti­na­dən rezer­vu­ar əhə­miy­yət­li çö­kün­tü­lə­rin sa­hə və kə­si­liş­lər üz­rə pay­lan­ma qa­nu­na­uy­ğun­luq­la­rı­nın aş­kar­lan­ma­sı və neft-qaz­lı­lıq­la əla­qə­li gə­lə­cək ax­ta­rış-kəş­fiy­yat iş­lə­ri­nin is­ti­qa­mət­lən­di­ril­­mə­si işin əsas məq­sə­di­ni təş­kil edir ki, bu­nun­la bağ­lı mü­əy­yən­ləş­di­ri­lən və­zi­fə­lər  aşa­ğı­da­kı­lar­dır:

  • Araş­dı­rı­lan sa­hə­lə­rin re­gio­nal geo­lo­ji xü­su­siy­yət­lə­ri­nin və ay­rı-ay­rı tek­to­nik zo­na­la­rın struk­tur qu­ru­lu­şu­nun də­qiq­ləş­di­ril­mə­si;
  • Ye­rüs­tü kə­si­liş və kern nü­mu­nə­lə­ri­nin pet­roq­ra­fik və mi­ne­ra­lo­ji xü­su­siy­yət­lə­ri­nin təd­qi­qi;
  • Li­tost­ratiq­ra­fik də­yi­şi­lik­lər­lər­lə ya­na­şı, pet­roq­ra­fik və mi­ne­ra­lo­ji ana­liz mə­lu­mat­la­rı­nın in­teq­ra­tiv təh­lil­lə­ri əsa­sın­da çö­kün­tü­top­lan­ma şərai­ti­nin bər­pa­sı, Mio­se­ni­nin ay­rı-ay­rı re­gio­mər­tə­bə­lə­ri­nə aid li­to­tip­lə­rin sa­hə­vi tə­ka­mül xü­su­siy­yət­lə­ri­nin  mü­əy­yən­ləş­di­ril­mə­si;
  • Mio­sen çö­kün­tü­lə­ri­nin kol­lek­tor xas­sə­lə­ri­nin za­man-mə­kan­ca dəyiş­mə xü­su­siy­yət­lə­ri­nin öy­rə­nil­mə­si;
  • Komp­leks təd­qi­qat nə­ti­cə­lə­ri əsa­sın­da Oli­qo­sen-Üst Mio­sen ara­lıq­lı kə­si­liş­də əl­ve­riş­li re­zer­vu­ar xü­su­siy­yə­ti­nə ma­lik sa­hə­lə­rin və ob­yekt­lə­rin mü­əy­yən­ləş­di­ril­mə­si və ax­ta­rış-kəş­fiy­yat iş­lə­ri­nin is­ti­qa­mət­lə­ri ilə bağ­lı  tək­lif­lə­rin irə­li sü­rül­mə­si.


Təd­qi­qat me­tod­la­rı:
Təd­qi­qat­da qar­şı­ya qo­yu­lan mə­sə­lə­lər in­no­va­tiv ya­naş­ma­la­rın tət­bi­qi ilə çox­­say­­lı kə­si­liş və qu­yu ma­­te­­ri­­al­­la­­rı­­nın təh­­lil­­lə­­ri­, is­ti­fa­də olu­nan nü­mu­nə­lə­rin mak­ros­ko­pik və mik­ros­ko­pik təs­vir­lə­ri, müa­sir tip­li ava­dan­lıq­lar va­si­tə­si­lə pet­ro­fi­zi­ki, mi­ne­ra­lo­ji və kim­yə­vi ana­liz­lər əsa­sın­da öz həl­li­ni tap­mış­dır. “Co­re­val 700”, “Mi­­niF­­lex 600” XRD, “S8 TI­­GER Se­­ri­­es 2 WDXRF”, “Carl Ze­­iss Mic­­ros­­copy GmbH” və s. ki­­mi mü­a­­sir ana­­li­­tik ci­­haz­­lar­­da apa­­rı­­lan pet­­roq­­ra­­fik, pet­ro­fi­zi­ki, mi­­ne­­ra­­lo­­ji və ge­o­­kim­­yə­­vi təd­­qi­­qat­­la­­rın nə­­ti­­cə­­lə­­ri­­nin in­­terp­­re­­ta­­si­­ya­­sın­da və təh­li­lin­də mü­­tə­­rəq­­qi ya­­naş­­ma­­lar­­dan is­­ti­­fa­­də olun­­muş­­dur.


Mü­da­fiə­yə çı­xa­rı­lan əsas müd­dəa­lar:

  1. CXH-nin qərb cı­na­hın­da (Şa­ma­xı-Qo­bus­tan və Ab­şe­ron çö­kək­lik­lə­ri da­xi­lin­də) Mio­sen çö­kün­tü­lə­ri­nin li­to­fa­si­al xü­su­siy­yət­lə­ri­nin və kol­lek­tor xas­sə­lə­ri­nin mə­kan və za­man he­te­ro­gen­li­yi;
  2. Mio­sen çö­kün­tü­lə­ri­nin qi­da­lan­ma (gə­ti­ril­mə) mən­bə­lə­ri­nin müx­tə­lif­li­yi və kol­lek­tor­la­rın key­fiy­yə­ti­nin for­ma­laş­ma­sın­da ro­lu;
  3. Mio­sen çö­kün­tü­lə­ri­nin pers­pek­tiv­lik də­rə­cə­si­nə gö­rə Şa­ma­xı-Qo­bus­tan və Ab­şe­ron çö­kək­lik­lə­ri­nin ra­yon­laş­dı­rıl­ma­sı.


Təd­­qi­­qa­­tın el­­mi ye­­ni­­li­­yi:

  1. Komp­leks təd­qi­qat iş­lə­ri­nin nə­ti­cə­lə­ri əsa­sın­da Mio­se­nin stra­tiq­ra­fik va­hid­lə­ri­nin li­to­fa­si­al xə­ri­tə­lə­ri tər­tib edil­miş, çö­kün­tü­lə­rin sa­hə üz­rə ya­yıl­ma xü­su­siy­yət­lə­ri və qa­lın­lıq­la­rı öy­rə­nil­miş­dir. Təd­qi­qat əra­zi­si da­xi­lin­də iki fa­si­ya zo­na­sı: 1) da­yaz­su­lu zo­na (təd­qi­qat sa­hə­si­nin cə­nub his­sə­si) və 2) də­rin­su­lu zo­na, ola bil­sin ki, xa­ri­ci şelf zo­na­sı (təd­qi­qat sa­hə­si­nin şi­mal his­sə­si) ay­rıl­mış, çö­kün­tü­lə­rin qa­lın­lıq­la­rı­nın zo­na­nın şi­mal-şi­mal-şər­qin­dən cə­nub-cə­nub-qər­bi­nə doğ­ru və həm­çi­nin lo­kal qal­xım­la­rın tağ­ya­nı his­sə­lə­rin­dən on­la­rın qa­nad və pe­rik­li­nal­la­rı isti­qa­mə­tin­də nə­zə­rə çar­pa­caq də­rə­cə­də art­dı­ğı mü­əy­yən edil­miş­dir;
  2. Təd­qi­qat ra­yo­nun­da kə­si­liş­lər­dən və qu­yu­lar­dan gö­tü­rül­müş Mio­sen yaş­lı nü­mu­nə­lə­rin ilk də­fə ola­raq SEM va­si­tə­si­lə pet­roq­ra­fik ana­liz­lə­ri apa­rıl­mış, sü­xur­la­rı­nın mi­ne­ra­lo­ji və kim­yə­vi tər­ki­bi təf­si­lat­lı araş­dı­rıl­mış və nə­ti­cə­də neft­sax­la­yan sü­xur­lar üçün kvars çö­kün­tü mən­bə­lə­ri ilə ya­na­şı, mü­əy­yən qə­dər or­ta və turş maq­ma­tik mən­şə­li sü­xur­la­rın pro­to­lit ba­xı­mın­dan xa­rak­te­rik ol­du­ğu mü­əy­yən edil­miş­dir;
  3. Pet­roq­ra­fik və mi­ne­ra­lo­ji ana­liz­lə­rin nə­ti­cə­lə­ri­nin təh­li­li­nə əsa­sən ilk də­fə ola­raq Şa­ma­xı-Qo­bus­tan və Ab­şe­ron çö­kək­lik­lə­ri­nin Mio­sen çö­kün­tük­lə­ri üçün qı­rın­tı ma­te­ria­lla­rı ilə qi­da­la­nan vi­la­yə­tin va­hid­li­yi və “ter­ri­gen­lə­rin” gə­ti­ril­mə mən­bə­lə­ri­nin müx­tə­lif­li­yi mü­əy­yən edil­miş­dir. Bu ba­xım­dan mü­əy­yən olun­muş­dur ki, qı­rın­tı ma­te­ria­lın əsas qi­da­lan­ma mən­bə­yi Bö­yük Qaf­qa­zın Tə­ba­şir yaş­lı çö­kün­tü­lə­ri­dir. Qum­lu alev­rit­li sü­xur­lar üçün ter­ri­gen ma­te­ri­al­la­rın mi­ni­mum iki da­şın­ma mən­bə­yi ol­muş­dur;
  4. CXH-nin qərb ci­na­hın­da ya­yıl­mış Mio­se­nin ay­rı-ay­rı re­gio­mər­tə­bə­lə­ri­nə aid çö­kün­tü­lə­ri­n geo­lo­ji qu­ru­lu­şu də­qiq­ləş­di­ril­miş, on­la­rın sət­hi­nə gö­rə struk­tur xə­ri­tə­lə­ri tər­tib edil­miş və an­tik­li­nal struk­tur­la­rın tağ­ya­nı və ya tek­to­nik ek­ran­laş­mış his­sə­lə­rin­də ya­taq­la­rın əmə­lə gəl­mə­si üçün da­ha əl­ve­riş­li şə­rai­tin ol­ma­sı mü­əy­yən edil­miş­dir. Nə­ti­cə etiba­rı ilə neft-qaz­lı­lı­ğın cə­nub-üs­tə­gəl­mə­al­tı qa­nad­da da­ha yük­sək ol­du­ğu qə­naə­ti­nə va­rıl­mış və bu sa­hə­lə­rin da­ha təf­si­lat­lı öy­rə­nil­mə­si tək­lif olun­muş­dur;
  5. Mio­sen sü­xur­la­rı­nın kol­lek­tor xü­su­siy­yət­lə­ri­nin for­ma­laş­ma­sın­da fa­si­al və mi­ne­ra­lo­ji amil­lə­rin ro­lu qiy­mət­lən­di­ril­miş, ən yax­şı tu­tum-filt­ra­si­ya xü­su­siy­yət­lə­rə ma­lik sa­hə­lə­rin təd­qi­qat əra­zi­si­nin cənu­bi-şərq his­sə­sin­də Alt Mio­sen və Çok­ra­kın qum­lu re­zer­vu­ar­la­rı­nın ol­du­ğu mü­əy­yən­ləş­di­ril­miş­dir;
  6. İlk də­fə ola­raq Mio­sen çö­kün­tü­lə­rin­də kol­lek­tor sü­xur­la­rın möv­cud­lu­ğu ba­xı­mın­dan ən pers­pek­tiv­li stra­tiq­ra­fik in­ter­val­la­rın və sa­hə­lə­rin mü­əy­yən edil­mə­si məq­sə­di­lə sa­hə və kə­si­liş üz­rə ra­yon­laş­dı­rıl­ma apa­rıl­mış, ax­ta­rış-kəş­fiy­yət iş­lə­ri­nin pers­pek­tiv is­ti­qa­mət­lə­ri tək­lif olun­muş­dur;
  7. Mio­se­nin kə­si­li­şin­dən gö­tü­rül­müş nü­mu­nə­lə­rin ana­li­tik təd­qi­qat­la­rı (pet­roq­ra­fik, mi­ne­ra­lo­ji və pet­ro­fi­zi­ki) əsa­sın­da kol­lek­tor xü­su­siy­yət­lə­ri­nin za­man-mə­kan pay­lan­ma qa­nu­na­uy­ğun­luq­la­rı­nın mü­əy­yən­ləş­di­ril­mə­si ilə Cə­nu­bi Qo­bus­ta­nın bir sı­ra struk­tur­la­rı­nın Alt Mio­sen və Çok­rak və Cə­nub-Şər­qi Qo­bus­ta­nın Dia­tom çö­kün­tü­lə­ri­nin ən yax­şı tu­tum-filt­ra­si­ya xü­su­siy­yət­lə­ri­nə ma­lik ol­ma­sı aş­kar­lan­mış­dır. Bu­nun­la ya­na­şı, ilk də­fə ola­raq, Şa­ma­xı-Qo­bus­tan və Ab­şe­ron çö­kək­lik­lə­rin­də şi­ma­li-qərb­dən cə­nu­bi-şər­qə doğ­ru yük­sək pers­pek­tiv­li, or­ta pers­pek­tiv­li və zə­if pers­pek­tiv­li sa­hə­lər ay­rıl­mış­dır.


Təd­qi­qa­tın nə­zə­ri və prak­ti­ki əhə­miy­yə­ti:
Əl­də olun­muş geo­lo­ji, geo­fi­zi­ki, qa­zı­ma və ey­ni za­man­da pet­roq­ra­fik-mi­ne­ra­lo­ji və pet­ro­fi­zi­ki mə­lu­mat­la­rın komp­leks təh­li­li­nə əsa­sən, gə­lə­cək­də apa­rı­la­caq ax­ta­rış-kəş­fiy­yat iş­lə­ri­nin is­ti­qa­mət­lə­ri el­mi cə­hət­dən əsas­lan­dı­rıl­mış­dır. İş­­də is­­ti­­fa­­də olu­­nan qey­­ri-ənə­­nə­­vi ya­­naş­­ma və me­­to­­do­­lo­­gi­­ya­­lar, həm­­çi­­nin təd­­qi­­qat möv­­zu­­su­­nun ye­­ri­­nə ye­­ti­­ril­­mə­­si üçün mü­­əy­­yən­­ləş­­di­­ri­­lən məq­­səd və və­­zi­­fə­­lər, ümu­­mi­­lik­­də di­gər təd­qi­qat əraz­lə­ri­nə aid çö­kün­tü­lə­rin mi­­ne­­ra­­lo­­ji və ge­o­­kim­­yə­­vi xü­­su­­siy­­yət­­lə­­ri­­nin, ge­­ne­­zi­­si­­nin və neft­­qaz­­lı­­lıq pers­­pek­­tiv­­lik­­lə­­ri­­nin öy­­rə­­nil­­mə­­si üçün is­­ti­­fa­­də olu­­na bi­­lər.

 

Avtoreferatı yüklə