
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
Ali Attestasiya Komissiyasının Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.01 Dissertasiya şurasının növbəti iclası keçirilib.
Dissertasiya şurasının sədri geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor Əkpər Feyzullayev Qazaxıstan Respublikasının Atırau şəhəri TOO KMQ Engineering Atırau filialının laboratoriya tədqiqatları üzrə direktor müavini və SOCAR, «Neftqazelmitədqiqatlayihə» İnstitutunun keçmiş dissertantı Nikita Alekseyeviç Proninin 2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisasında yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Обстановки осадконакопления и фациальный контроль за качеством коллекторов мезозойских отложений восточной части Прикаспийской синеклизы» (“Xəzər sineklizinin şərq hissəsində mezozoy çöküntülərinin çoküntütoplanma şəraiti və kollektorlarının keyfiyyətinə fasial nəzarəti”) mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunmasını qeyd etdi.
Elmi işin rəhbəri AMEA-nın müxbir üzvü Elmira Əliyeva, rəsmi opponentlər - AMEA-nın müxbir üzvü Tələt Kəngərli və g.-m.e.d., prof.Elmləri İnstitutu), g.-m.e.n., dos. Müşviq Tağıyev (SOCAR “Neftazelmitədqiqatlayihə” İns.)
Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Dilquşa Mirzəyeva dissertasiya şurasına daxil olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra Nikita Pronin dissertasiyanın mahiyyəti və aldığı nəticələr barədə çıxış edib.
Bildirib ki, bu tədqiqatda baxılan əsas aktual problemlərdən biri Xəzəryanı sineklizin cənub-şərq hissəsində yerləşən quyulara aid kern materiallarının litoloji-sedimentoloji analiz əsasında çöküntütoplanma proseslərinin kompleks analizidir. Həmin analizlərə kollektorların genezisi və onların keyfiyyətinin anlaşılması üçün əsas olan çöküntülərin fasiyal xarakteristikasının öyrənilməsi və Mezozoy erasında çöküntütoplanma şəraitinin təkamülü aiddir. Tədqiqat rayonunda əvvəllər həyata keçirilməyən kollektorların keyfiyyətinə fasiyal nəzarətin yerinə yetirilməsi vacib məsələ hesab olunur.
İşdə təqdim olunan nəticələr həm elmi, həm də praktiki əhəmiyyətə malikdir. Bu məlumatlar öyrənilən regionda kollektorların əmələgəlmə tarixini və keyfiyyətini daha tam anlamağa imkan verir, eyni zamanda geoloji və hidrodinamik modelləşdirmə üçün vacib məlumat təqdim edir.
İclasda Şura üzvlərinin və rəyçilərin sualları cavablandırılıb və geniş müzakirələr aparılıb. Qərara alınıb ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında Nikita Alekseyeviç Proninin 2521.01 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisasında yer elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün vəsatət qaldırılsın.