Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 Jun 2025 Diqər xəbərlər Diqər xəbərlər

BİR SUAL

Son dövrlərdə “Nafta-Press”in əsas fəaliyyətilə maraqlanan  oxuculara  hansı məlumatları vermək istərdiniz?”


Sualı Geologiya və Geofizika İnstitutu nəzdindəki “Nafta-Press nəşriyyatı” şöbəsinin rəhbəri Qabil Abıyev cavablandırır.         

 

Geologiya və Geofizika İnstitutu nəzdindəki “Nafta-Press” nəşriyyat şöbəsi 1996-cı ildə müəssisənin baş direktoru akademik Akif Əlizadə və Hafiz Abıyev tərəfindən yaradılıb. Şöbə ilk illərdə  “Elmi nəşr” şöbəsi, sonra “Nəşriyyat” şöbəsi və ən sonda “Nafta-Press nəşriyyatı” şöbəsi kimi fəaliyyət göstərməyə başlayıb.


29 ildir fəaliyyət göstərən şöbədə geologiya elminin bütün  sahələrinə aid müxtəlif həcmlərdə yüzlərlə elmi əsər – monoqrafiya, atlas, jurnal nəşr olunub. 8 cildlik “Геология Азербайджана”, 3 cildlik “Azərbaycanın geologiyası”, “Dünyanın palçıq vulkanları atlası” (Azərbaycan, rus və ingilis dillərində), “Geologiya terminlərinin izahlı lüğəti”, AMEA Yer elmləri bölməsinin “Xəbərlər” jurnalı, “Stratiqrafiya, neft sedimentologiyası,  geokimya” jurnalı, “Azərbaycan mineralları”  (ensiklopediya), ayrı-ayrı geoloq alimlərinin seçilmiş əsərləri, elmi broşürlər və i.a. bizim şöbədə işıq üzü görüb.

 

Xüsusi məsuliyyət tələb edən AMEA-nın 70 illik yubiley tədbirləri çərçivəsində  qurumun təsisçi akademiklərinə həsr olunmuş 15 monoqrafiya və “AMEA simalarda” kitabları da ilkin olaraq burada ərsəyə gəlib. Məlumat üçün qeyd edək  ki, “Nafta-Press”də əsasən kitablar və jurnallar səhifələnir (format olunur), nəşrə tam hazır olduqdan sonra çap üçün müxtəlif mətbəələrə göndərilir. İnstitutdaxili zəruri kiçik həcmli, sadə ağ-qara nəşrləri isə şöbədəki mini çap avadanlığında ərsəyə gətiririk.


Şöbəmizin 8  nəfərdən ibarət kollektiv  rəhbərliyin tapşırıqlarını daim layiqincə yerinə yetirməkdə artıq püxtələşib, yəni deyilən vaxtda icra, çıxdaşa yol verməmək, sifarişçi həmkarlarımızla peşəkar davranış nümayiş etdirmək yazılmamış qanunumuzdur. Təsadüfi deyil ki, son 2-3 ildə şöbəmizdə 20-dən çox kitab və jurnalın yüksək keyfiyyətlə nəşrə hazırlanaraq çap edildiyi həmişə məmnunluqla qarşılanıb. Bu qəbildən olan bəzi əsərləri xatırlatmaq istərdik:

 

Муxтар Рустамов.

Геология, геодинамика, магматизм и металлогения Нахчыванской АР. Том I.

Геотектоническая и магматическая модель формирования вулкано–тектонических структур и кальдерообразования”

Əkpər Feyzullayev.

1934-2018-ci illər ərzində Geologiya və Geofizika İnstitutunda müdafiə olunan dissertasiyalarin biblioqrafik göstəriciləri (nəşr olunmuş avtoreferatlara əsasən)”

Акпер Фейзуллаев.“Углеводородные системы осадочных бассейнов: теоретические основы и научно-прикладные аспекты”  

Fəxrəddin Qədirov, Rafiq Səfərov, Aynur Zamanova, Abdulvahab Muxtarov.

 “Yer fizikasının qısa nəzəri kursu”

Zəki Vəliyev, Nazim Əliyev, Fərid Vəliyev.

“Yer planetinin ecazkar mənzərələri və təbiət hadisələri”.

 N.Koronovski.

“Bizim Yer planetimiz”

Şahvələd Köçərli.

“Fenomen geoloji hadisələr”

Vaqif Məmmədov.

 “Planetimizin buzlaşma mərhələləri”

Zəki Vəliyev.

“Daim dəyişən Dünyamız haqqında elm – Geologiya”

Gulam Babayev.

“Differentiated scenario method of seismological analysis (the southeastern slope of the greater Caucasus as a case study)”

Akif Əlizadə, Tələt Kəngərli, Dadaş Hüseynov.

Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar (2 cilddə)”.


Bu sadalanan əsərlər şöbəmizin hələ tam fəaliyyəti deyil. Ölkə və GGİ həyatına aid əlamətdar hadisələrlə, müxtəlif tədbirlərlə və s. bağlı cari işlər də kollektivimizin əməyi sayəsində reallaşır.


Onu da vurğulayaq ki, işimizdən zövq alırıq və “yoruldum” demirik. Bundan sonra da  belə olacağına  əminik.

 

 

BİR SUAL
BİR SUAL
BİR SUAL
BİR SUAL
BİR SUAL
next
next