
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də “İNSAN HÜQUQLARI AYLIĞI” ÇƏRÇİVƏSNDƏ TƏDBİR KEÇİRİLİB
Geologiya və Geofizika İnstitutunda AR İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov hüquqi maarifləndirmənin əhəmiyyətini vurğulayıb və bununla bağlı daha ətraflı məlumat təqdim etmək üçün sözü İnstitutun hüquq məsləhətçisi Rzaqulu Hacıyevə verib.
R.Hacıyev bildirib ki, 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı təsdiq edilib. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 18 iyun tarixi Respublikamızda İnsan Hüquqları Günü kimi təsis olunub. Ənənəvi olaraq hər il bu əlamətdar günlə bağlı insan hüquq və azadlığının təbliği, vətəndaşlarda hüquqi maarifləndirmənin təkmilləşdirilməsi ilə müşayiət olunan tədbirlər keçirilir.
R.Hacıyev vurğulayıb ki, insan hüquq və azadlığının müdafiəsi Dövlət müstəqilliyimizin prioritet istiqamətlərindəndir. On görə də 18may-18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” reallaşır və bu tədbir 2025-ci il - “Konstitusiya və Suverenlik ili” çərçivəsində xüsusi önəm kəsb edir.
Natiq vurğulayıb ki, insan hüquqları ölkə konstitusiyasının 70 faiz maddəsində təsbit olunur. İştirakçıları maraqlandıran əmək məcəlləsi və pensiya hüququ ətrafında məlumat verən hüquqşünas ölkənin 1.300 min pensiyaçının, 1.700 min dövlət sektoru işçisinin hüququnun tənzimlənməsinə də aydınlıq gətirib. Ölkədə korrupsiyaya qarşı davamlı mübarizə aparan komissiyaların fəaliyyətini fakt və misallarla təəqdim edib, ASAN xidmət növünü nümunə gətirib.
R.Hacıyev narkotiklərin dövriyyəsi, buna qarşı effektiv mübarizə tədbirləri, komissiyaların fəaliyyəti barədə də geniş məlumat tqədim edib.