
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ AMEA-nin 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY İCLASI KEÇİRİLİB
ETN Geologiya və Geofizika İnstitutu Elmi Şurasının “Konstitusiya və suverenlik ili” çərçivəsində AMEA-nın 80 illiyinə həsr olunmuş yubiley iclası keçirilib.
Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixindən, bu qurumun inkişaf mərhələlərindən (onilliklər hesabı ilə) maraqlı faktlarla məlumat verib. AMEA-ya çox gənc yaşlarından qədəm qoymuş A.Əlizadə burada Azərbaycanın korifey alimlərinin yetişdiyini, onların hər birinin elmi məktəb banisi olduğunu və varis alim yrtişdiməyi mənəvi və vətandaş borcu hesab etdiyini vurğulayıb. Akademik ölkəmizin keçən əsrin sonlarına təsadüf edən iqtisadi problemlərini, siyasi baxımdan müvəqqəti çətinlikləri xatırladaraq bildirib ki, bu çətinliklər iqtisadi çətinliklərlə müşayiət olunsa da, alimlər AMEA-nı tərk etməyib iradə və dözüm nümayiş etdiriblər. GGİ kollektivi neft geologiyası və zaman üçün aktual olan sahələrdə axtarışlarını uğurla davam etdirib. Təsadüfi deyil ki,İnstitut Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının akkreditasiya haqqında 001 nömrəli şəhadətnaməsinə layiq görülüb.
Tədbirdə AMEA-nın müxbür üzvü Rafiq Əliyev “Süni intellektin elmlərə təsiri”, akademik Dilqəm Tağıyev “Gələcəyin kimyası”, akademik Urxan Ələkbərov “Davamlı inkişafdan ekoloji sivilizasiyaya – idarəçilikdə yeni tendensiyalar” mövzusunda məruzə edib.
Sonra GGİ-də AMEA-nın 80 illiyinə həsr edilmiş geoloq və geofizik tələbələrin “Geologiyada və geofizikada fənlərarası tədqiqatlar – elmin gələcəyidir” IV Ümumrespublika Olimpiadası (akademik Əkpər Feyzullayev -Təşkilat Komitəsinin sədri, Emin Quliyev - Gənc Alim və Mütəxəssislər Şurasının sədri ) və AMEA-nın 80 illiyinə həsr edilmiş “Gənc tədqiqatçı alim” müsabiqəsi (akademik Əkpər Feyzullayev - Təşkilat Komitəsinin sədri, y.e.f.d. Səadət Ələkbərova - “Elmi-təşkilati” şöbənin rəhbəri) qaliblərinin mükafatlandırılması mərasimi reallaşıb.