
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ NÖVBƏTİ ELMİ SEMİNARI KEÇİRİLİB
ETN Geologiya və Geofizika İnstitutu gənc alim və mütəxəssislər şurasının növbəti elmi seminarı “Əlicançay hövzəsində yerüstü və yeraltı suların qarşılıqlı əlaqəsi” mövzusuna həsr olunub.
Tədbirdə İnstitutun baş direktoru akademik Akif Əlizadə, gənc alimlər və və digər mütəxəssislər iştirak ediblər.
GGİ Hidrogeologiya və geoekologiya şöbəsinin böyük laborantı Ələkbərli Səfərbəy “Əlicançay hövzəsində yerüstü və yeraltı suların qarşılıqlı əlaqəsi” mövzu üzrə təqdimat reallaşdırıb. O, tədqiqat sahəsində yerləşən yerüstü və yeraltı suların qarşılıqlı əlaqəsini, Əlincəçay hövzəsində mövcud olan monitorinq məntəqələrindən götürülən su nümunələrinin analiz nəticələrini, çayın orta illik su sərfini, ərazidə qurulması nəzərdə tutulmuş su anbarının tam həcmi haqqında məlumatı, Əlicançayın illik axımında yeraltı suların payınının faiz göstəriciləri, yaşayış məntəqələrinə yaxın və yaşayış məntəqələrindən uzaq məsafədə yerləşən monitorinq məntəqələrindən götürülən su nümunələrinin nümunəsi və bu mövzunun aktuallığı haqqında geniş məlumat təqdim edib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında çıxışlarda Səfərbəy Ələkbərliniin nümunəsində gənc alimlərin elmi fəaliyyətlərinə böyük maraq nümayiş göstərilib. Akademik Akif Əlizadə bildirib ki, Azərbaycanın geoloji sərvətlərinin öyrənilməsi istiqamətində bu cür seminarlar elmi biliklərin dərinləşdirilməsi və gənc mütəxəssislərin yetişdirilməsi üçün önəm kəsb edir.