Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Jun 2025 Diqər xəbərlər Diqər xəbərlər

BİR SUAl

“Geologiya və Geofizika İnstitutunda doktorantura təhsili necə reallaşdırılır?”


Sualı GGİ Elmi təşkilati şöbəsinin rəhbəri, y.e.ü.f.d., dosent  Səadət Ələkbərova  cavablandırır.

- Elm təsadüfən seçilən bir peşə deyil, onu həqiqətən anlayan və sevən insanların   həyat tərzinə çevrilmiş bir missiyadır. Bu missiyanı öz üzərinə götürən hər kəs bilməlidir ki, alimlik sadəcə bir dərəcə deyil, həm də düşüncə tərzi və yaşam fəlsəfəsidir.


Doktorantın seçdiyi yol da adi akademik mərhələ olmadığından böyük əmək, səbr və məsuliyyət tələb edir. Bu yolla getmək istəyən elmi sevməlidir. Həm də dözümlülük, inadkarlıq və elmə sarsılmaz bağlılıq nümayiş etdirməlidir.


Azərbaycan Respublikasının qanunvericiliyinə görə, doktorantura ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı formasıdır və elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.


İnstitutumuzda doktorantura atmosferina gəlincə, GGİ-nin doktoranturasına qəbul olunanların böyük əksəriyyəti həqiqi elmi araşdırmalar reallaşdırmaq və alim olmaq, akademik status qazanmaq üçün bu yolu seçib, əsl alim olmağı düşünür.


GGİ yüksəkixtisaslı kadr hazırlığı sahəsində təhsil proqramına malikdir. İnstitutumuzda elmi dərəcəli yüksək ixtisaslı kadrlardan daha çox bilik və  bacarıq tələb edilən doktorantura təhsili proqramlarına uyğun olaraq təhsilin dövlət standartları nəzərə alınır.Tədqiqatçı mütəxəssislərin hazırlanmasında əsas məqsəd İnstitutda geologiya, geofizika, geokimya və digər oxşar  sahələr üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə yüksək ixtisaslı kadrlar hazırlanmasıdır. Ona görə də GGİ-da doktorantura üzrə təhsil proqramlarında tədris fənlərinə, elmi tədqiqat işinə, istehsalat təcrubəsinə, dissertasiya işinin hazırlanmasına ayrılan müddəti, elmi-tədqiqat işinin və istehsalat təcrübəsinin təşkili, elmi və elmi-metodiki təminatla bağlı tövsiyələri, təlim nəticələrinin qiymətləndirilməsi sistemini özündə əks etdirən proqram hazırlanıb. Bu proqramların doktorantlar tərəfindən mənimsənilməsi, başqa sözlə desək, onların bilik və bacarıq səviyyəsi və keyfiyyəti attestasiya, doktorluq imtahanlarının verilməsi, müvafiq elmi dərəcə almaq üçün dissertasiya işinin müzakirəsi ilə müəyyənləşdirilir (məqalələr, reytinqli jurnallar) və dissertasiya işinin müdafiəsi ilə yekunlaşır. Tədqiqatçıların biliyinin qiymətləndirilməsində əsas məqsəd doktorantura təhsilinin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarilə onun yüksəldilməsinə xidmət etməkdir.


Təşkilatımız bu sahədə yalnız elmi dərəcə qazanmaq üçün deyil, həmçinin gələcəyin peşəkar alimlərini yetişdirir. Onlar daim elmi fəaliyyətlə əlaqədə olurlar. Elmi müəssisəmizin rəhbərliyi onların işləməsinə həm dəstək verir, həm də elmi fəaliyyətlərində daha məhsuldar olmalarına şərait yaradır. Hazırda elmi müəssisədə  fəaliyyət göstərən doktorantura sistemində güclü istək və bacarığı olan gənc tədqiqatçılara elmi inkişaf üçün dəstək qaydası mövcuddur. Gələcək alimlərimizin dissertasiya mövzuları müəyyən edilir, doktorantlara dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.


Təhsilalanların biliyinin qiymətləndirilməsində nəzərdə tutulan prinsiplərimiz belədir: doktorantura təhsilinin keyfiyyətini daha da yüksəltmək və inteqrasiya proseslərini sürətləndirmək məqsədilə, bir çox hallarda doktorantlara biri inkişaf etmiş xarici ölkələrdən olmaqla ikili elmi rəhbərin təyin edilməsi zərurətini əsas götürmək. Bu da doktorantura təhsilinin dövlət standartı hazırlanarkən nəzərə alınır.

 

Doktorantura təhsilində, ilk növbədə, doktorantura təhsili zamanı elmi rəhbərlərin seçilməsinə ciddi diqqət yetirilir. Proqrama əsasən qəbul olmadan öncə, doktorant hansı işlə və ya necə, kimlə məşğul olacağını dəqiq bilir.

 

Elmi rəhbər doktorantlar tərəfindən aparılan tədqiqatlar sahəsində müəyyən elmi nailiyyətlərə malik yüksək ixtisaslı mütəxəssislər sırasından seçilir. Elmi rəhbər doktoranta elmi iş üzrə məsləhətlər verir, doktorantın təsdiq edilmiş fərdi iş planına (tədris proqramına) uyğun fəaliyyətinə rəhbərlik edir və dissertasiya işinin müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir. Bu yanaşmalar həmçinin, daha güclü elmi tədqiqatların və innovasiyaların yaranmasına zəmin yarada bilər. İnstitut  üçün bu yanaşmaların tətbiqi, elmi fəaliyyətin keyfiyyətini artırmaq və doktorantura təhsilini daha müasir və məqsədyönlü etmək baxımından olduqca faydalıdır.

 

Beləliklə, elmi işlərin istiqamətində yanaşma, onların konkret elmi sahəyə aid işlərlə məşğul olmasına və onların tədqiqatlarının daha məqsədyönlü olmasına imkan verir. Məsələn, doktorantların hansı sahələrdə çalışacaqlarının əvvəldən müəyyən edilməsi, tədqiqatlar üçün elmi rəhbərlərin seçilməsi və onların beynəlxalq səviyyədə reytinqinin yüksək olması doktorantura təhsilinə də müsbət təsir göstərə bilər.

 

BİR SUAl
BİR SUAl
next
next