
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA QƏBUL KOMİSSİYASININ İCLASI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun (GGİ) 2025-ci il üzrə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturasına daxil olmaq istəyən şəxslərin sənədlərinə baxılması, ixtisas uyğunluğunun müəyyən edilməsi, elmi rəhbərlərin təyin olunması ilə bağlı yaradılmış qəbul komissiyasının iclası keçirilib.
Tədbir GGİ-nin icraçı direktoru AMEA müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə keçirilib. Komissiya fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbulla əlaqədar materiallarla tanış olub.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə elektron qaydada həyata keçirilir. Fəlsəfə doktoru üzrə doktoranturaya 5 ixtisas üzrə 6 nəfər sənəd verib. Komissiya sənəd təqdim edən iddiaçılarla tanış olduqdan sonra sənədlərini qəbul edib. Sənədləri yoxlaniılan doktoranlar növbəti mərhələdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan “Xarici dil” və “Fəlsəfə” fənnlərindən imtahanlarda iştirak edəcəklər.