Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 May 2025 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-nin FUTBOL KOMANDASININ QƏLƏBƏSİ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASINDA QEYD OLUNUB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr olunmuş institutlararası mini futbol turnirinin çempionu olmuş Geologiya və Geofizika İnstitutunun komanda heyəti növbəti Elmi şuranın icasında  baş direktor akademik Akif Əlizadə tərəfindən kubok, diplom, medal və pul mükafatı ilə təltif edilib.


Akif Əlizadə idmançıları növbəti qələbə münasibətilə təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb. GGİ futbol komandasının kapitanı İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Həmkarlar İttifaqı Komitəsinin sədri, geologiya-mineralogiya elmləri namizədi Kamran Əliyev keçirilən çempionat haqqında ətraflı məlumat verib. Bildirib ki, akademik Akif Əlizadənin AMEA prezidentliyi dövründə istifadəyə verilmiş futbol stadionu və basketbol meydançası gənc alim və mütəxəssislərin asudə vaxtlarının səmərəli keçirilməsində əhəmiyyətli rol oynayır. Ənənəvi futbol və digər yarış növləri, həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunan idman tədbirləri burada reallaşır. Fərəhli haldır ki, Geologiya və Geofizika İnstitutunun komandası institutlararası yarışlarda 2014-cü ildən başlayaraq üç dəfə birincilik qazanmış yeganə idman kollektividir.


K.Əliyev həmçinin dəstəyə görə İnstitut rəhbərliyinə, HİK üzvlərinə, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarına, gənclərə və bütün kollektivə minnətdarlığını bildirib.

GGİ-nin FUTBOL KOMANDASININ QƏLƏBƏSİ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASINDA QEYD OLUNUB
GGİ-nin FUTBOL KOMANDASININ QƏLƏBƏSİ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASINDA QEYD OLUNUB
GGİ-nin FUTBOL KOMANDASININ QƏLƏBƏSİ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASINDA QEYD OLUNUB
next
next