Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 May 2025 Nəşrlər Nəşrlər

SEYSMOLOGİYA ÜZRƏ MÜTƏXƏSSİSİN MONOQRAFİYASI ÇAPDAN ÇIXIB

ETN Geologiya və Geofizika İnstitutu Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin   rəhbəri  y.e.e.d., dosent Qulam Babayevin “Seysmoloji təhlilin differensiyasiyali ssenar metodu” (Böyük Qafqazın cənub-şərq yamacı timsalında) monoqrafiyası ingilis dilində çapdan çıxıb.


Müəllifin şərhinə görə, elmi əsərdən məq­sə­d seys­mo­lo­ji təh­li­lin dif­fe­ren­si­ya­si­ya­lı sse­nar me­to­do­lo­gi­ya­sı sa­hə­sin­də təd­qi­qat­lar üçün əsas for­ma­laş­dır­maq­dır. Kitabda risk­lər və qey­ri-mü­əy­yən­lik­lər şə­rai­tin­də ha­di­sə sse­na­ri­lə­ri­nin tər­tib edil­mə­sin­də əsas nə­zə­ri me­tod və ya­naş­ma­lar işıq­lan­dı­rı­lır, sse­na­ri­lə­rin ema­lı­nın əsas as­pekt­lə­ri təs­vir edil­ir. Eləcə də Azər­bay­can­da seys­mo­lo­gi­ya el­mi­nin in­ki­şaf ta­ri­xi­nə da­ir təd­qi­qat­lar təq­dim olunur, öl­kə­miz­də bu is­ti­qa­mət­də töh­fə­lə­ri olan elm xa­dim­lə­ri­nin fəa­liy­yə­ti­nin qı­sa bib­li­oq­ra­fik ic­ma­lı əksini tapır. Bö­yük Qaf­qa­zın cə­nub-şərq ya­ma­cı­nın he­sab­lan­mış qiy­mət­lər əsa­sın­da zəl­zə­lə­nin mak­si­mal maq­ni­tu­da­sı­nı, tit­rə­yiş­lə­rin in­ten­siv­li­yi­ni, amp­li­tu­da­nın güc­lən­di­ril­mə əm­sa­lı­nı və qrun­tun mak­si­mal tə­ci­li­ni özün­də eh­ti­va edən dif­fe­ren­si­ya­si­ya­lı sse­nar seys­mik mo­del­lə­ri qu­rul­ur, araşdırılan coğrafi məkanın cə­nub-şərq ya­ma­cın­da bir sı­ra seys­mik tə­sir­lə­rin əmə­lə gəl­mə­si­nin sə­bəb­lə­ri gös­tə­ril­ir.


Mo­noq­ra­fi­ya in­gi­lis di­lin­də təh­sil alan tə­lə­bə­lər, dok­to­rant­lar, elə­cə də  bu el­mi sa­hə­də ça­lı­şan mü­əl­lim­lər və seys­mo­loq­lar üçün nəzərdə tutulub.

   

 

 

SEYSMOLOGİYA ÜZRƏ  MÜTƏXƏSSİSİN MONOQRAFİYASI ÇAPDAN ÇIXIB
next
next