Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 May 2025 Diqər xəbərlər Diqər xəbərlər

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 102-ci İLDÖNÜMÜ VƏ AMEA-nın 80 İLLİYİNƏ HƏSR EDİLMİŞ FUTBOL TURNİRİ BAŞA ÇATIB

AMEA Rəyasət Heyətinin  və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi, AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ), AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və ATİAHİ Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr olunmuş institutlararası mini futbol turnirinin mükafatlandırma və bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirak edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Hikmət Osmanov, AMEA Rəyasət Heyətinin üzvləri və aparatının əməkdaşları çıxış edərək keçirilən çempionatın əhəmiyyətindən danışıb və qalib komandaları təbrik ediblər.

Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələr üzrə çempion olmuş Geologiya və Geofizika İnstitutunun komandası kubok, diplom və medallarla təltif edilib.

İnstitut rəhbərliyi və kollektivi adından komandamızı təbrik edir və uğurların davamını diləyirik.

next
next