
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ ELMİ SEMİNARI KEÇİRİLİB
Geologiya və Geofizika İnstitutu gənc alim və mütəxəssislər şurasının növbəti elmi seminarı mineraloji və geokimyəvi xüsusiyyətlərin müqayisəli təhlili mövzusuna həsr olunub. Seminarda İnstitutun baş direktoru Akademik Akif Əlizadə və digər mütəxəssislər iştirak ediblər.
Tədbirdə ilk olaraq, ADNSU-nun II kurs magistr tələbəsi Mirhüseyn Ağarəhimov “Dağkəsəmən və Çovdar qızıl yataqlarının mineraloji və geokimyəvi xüsusiyyətlərinin müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış edib.
M.Ağarəhimov çıxışında ölkəmizin mühüm qızıl yataqları olan Dağkəsəmən və Çovdar yataqlarının mineraloji tərkibi və geokimyəvi xüsusiyyətlərini müqayisəli şəkildə təqdim edib, yataqların əmələgəlmə şəraiti və mineralizasiyanın fərqli cəhətləri barədə geniş məlumat verib.
Seminarın ikinci təqdimatçısı ADNSU-nun II kurs magistr tələbəsi Kənan Mirzəyev isə “Şimali Abşeron zonasının lokal qalxımlarında Miosen-Pliosen çöküntülərinin yayılması və neft-qaz perspektivliyi” mövzusunda məruzə ilə çıxış edib, bölgədəki süxurların yayılma xüsusiyyətləri və neft-qaz ehtiyatlarının potensialı haqqında elmi-nəzəri əsaslarla danışıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, gənc alimlərin elmi fəaliyyətlərinə böyük maraq nümayiş olunub. Azərbaycanın geoloji sərvətlərinin öyrənilməsi istiqamətində bu cür seminarların elmi biliklərin dərinləşdirilməsi və gənc mütəxəssislərin yetişdirilməsində rolu vurğulanıb.