
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN FUTBOL YARIŞINDA NÖVBƏTİ ÇEMPİONLUĞU
Mayın 20-də AMEA Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr olunmuş mini futbol turniri çərçivəsində final oyunu keçirilib.
Final oyununda Geologiya və Geofizika İnstitutunun komandası İnformasiya Texnologiyaları İnstitutunun komandası ilə qarşılaşıb. Oyun GGİ komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, GGİ komandasının 2014-cü ildən ənənəvi keçirilən yarışlarda üçüncü çempionluğudur.
Bildirək ki, Elm və Təhsil Nazirliyinin komandaları arasında çempion olan komanda AMEA-nın komandaları arasında çempion olan Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası ilə superkubok uğrunda yarışacaq. Görüş mayın 22-də saat 12:00-da keçiriləcək. Superkubok oyunundan sonra qalib komandalara mükafatlar təqdim olunacaq.
İnstitutumuzun əməkdaşlarını komandamıza dəstək olmağa çağırır və superfinal mərhələsində idmançılarımıza qələbə arzulayırıq!