Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 Apr 2025 Diqər xəbərlər Diqər xəbərlər

BDU TƏLƏBƏLƏRİ GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA TƏCRÜBƏ KEÇİRLƏR

Bakı Dövlət Universiteti ilə AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında davam edən qarşılıqlı əməkdaşlıq çərçivəsində BDU Kimya fakültəsinin “Analitik kimya” kafedrasının IV kurs II-ci alt qrupunun tələbələri GGİ-də təlim - təcrübəyə başlayıblar.


BDU tələbələrinin səmərəli təcrübələri üçün burada bütün lazımı şərait mövcuddur. Hazırda onlar ”Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”ndə S8 TİGER, MİNİFLEX 600, İCP MS 7700e, AAS cihazlarında İnstitut əməkdaşları ilə müştərək kimyəvi və mineraloji analizlərin təcrübəsini keçirlər.


GGİ-nin baş direktoru akademik Akif Əlizadə tələbələri qəbul edərək onlarla söhbət aparıb və məsləhətlərini verib.


Xatırladaq ki, təcrübə müddəti may ayının sonunda bitən bu qrup GGİ-də indiyə kimi təlim keçən sayca 6-cıdır. 

BDU TƏLƏBƏLƏRİ GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA TƏCRÜBƏ KEÇİRLƏR
BDU TƏLƏBƏLƏRİ GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA TƏCRÜBƏ KEÇİRLƏR
next
next