Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 Mar 2025 Diqər xəbərlər Diqər xəbərlər

BİR SUAL

“İnstitutun Geoloji fondunun fəaliyyəti barədə bu gün nə demək olar?”

Sualı  İnstitutun geoloji fondunun aparıcı elmi işçisi,  geologiya-mineralogiya elmləri namizədi Turqay   Əhmədova cavablandırır.

- Mən elmi fəaliyyətimə hazırki Geologiya və Geofizika İnstitutunun  «Paleovulkanologiya» laboratoriyasından başlamışam. Həmin laboratoriyada dissertant olmuşam, 2000-ci ildə elmi işimi uğurla müdafiə etmişəm.

1976-cı ildən isə  Geoloji fondda çalışmağa başladım, həm də şöbədə işləyirdim.  Ürəyim fərəhlə döyünürdü ki, fonda daxil olan materialların sayı artır, deməli, elmi nailiyyət də ilbəil çoxalır, fond da zənginləşir. Təbii ki, dəyəri hər ay artan fond materiallarından istifadəçilər də çoxalırdı. Elmi işlə bağlı hər kəs yalnız burada – darısqal fond otağında oturub işləməli olurdu. Müxtəlif müəssisələrdən, elmi mərkəz və ali təhsil ocaqlarından ğəlib fond materiallarından  istifadə edirdilər. İllər keçsə də fond materiallarına maraq azalmır. Mən çox sevinirəm ki, onlar bu materiallardan istifadə edərək, bəhrələnirlər


Hazırda fondumuzda 1942-ci  ildən başlayaraq hesabatlar və dissertasiya işləri qorunur. Elə ilk günlərdən  bu sənədlərdən səmərəli istifadə üçün yeni yanaşma, texnologiya prinsiplərini qorumağa çalışmışıq.


İnstitutun  əvəzsiz  direktoru akademik Akif Əlizadə yeniliyi sevən bir alim kimi fəaliyyətimizin bütün mərhələlərində yeni texniki yenliklərdən faydalanmağı tapşırırdı. 2021-ci ilin fevral ayından biz materialların uzunömürlülüyünü təmin etmək məqsədilə rəqəmsallaşdırmanın tətbiqinə başaladıq. Hazırda hesabat sənədlərinin rəqəmsallaşdırılmasını bitirmişik, ilin sonuna kimi  dissertasiya işlərini də sona çatdıracağıq.


Eləcə də İnstitutda aparılan «Azərbaycanın geoloji öyrənilməsi» elmi-tədqiqat işi üzrə 1970-2020 illəri əhatə edən hesabatların və dissertasiyaların tam referatları hazırlanıb və yaxınlarda kitab şəklində çap edilməsi planlaşdırılır.


2022-ci ildə isə 1934-2018-ci illər ərzində Geologiya və Geofizika  İnstitutunun müdafiə olunan dissertasiyaların biblioqrafik göstəriciləri nəşr olunub.


Bu günə qədər fonda 1934-2020-illər  ərzində  daxil olmuş   dissertasiyaların 600-ü (elmlər namizədi, doktorluq), və hesabatların 1 302- si rəqəmsallaşdırılıb.


Fərəhli haldır ki, laborantdan tutmuş şöbə rəhbərlərinə kimi hamı fond materiallarından  vaxtaşırı istifadə edir. Elmi işlərinin müdafiəsinə hazırlaşan əməkdaşlarımız elmi-tədqiqat işlərində də əvvəllər görülmüş tədqiqat işlərinin nəticələrinə istinadı və müqayisəni mütləq hesab edirlər. Uğurla müdafiə edilmiş  dissertasiyalar və hesabatlar fondumuzda qeydiyyata alınır və bu materiallar da öz növbəsində gələcəyin gənc alimləri üçün istinad mövqe tutur. Beləliklə, GGİ-də Azərbaycan alimlərinin elmi nəticələri xalqın sərvəti hüququnu qazanır. Bu xeyirxah işdə vicdanla çalışıb “yoruldum” deməyən fondumuzun zəhmətkeş xanımların - Zümrüd İsmayılovanın və Şəhanə Əliyevanın əməyini xüsusilə qeyd etmək istərdim.       

 

BİR SUAL
BİR SUAL
next
next