
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də DİSSERTASİYA İŞİNİN MÜDAFİƏSİ REALLAŞIB
Prezident yanında Ali Attestasiya Komissiyasının Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən ED.1.01 Dissertasiya şurasının bazasında yaradılmış BFD 1.01/1 Birdəfəlik Dissertasiya şurasının iclası keçirilib.
AZLAB MMC Kern nümunələrinin götürülməsi və tədqiqatı şöbəsinin meneceri və AR ETN Geologiya və Geofizika institutunun keçmiş dissertantı Kamal Mustafayevin 2517.01 – «Litologiya» ixtisası üzrə “Cənubi Xəzər hövzəsi qərb cinahı Miosen çöküntülərinin toplanma şəraiti, kollektor xüsusiyyətləri və neft-qazlılıq perspektivləri” mövzusunda yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçun təqdim edilmiş dissertasiya işinin müdafiəsi reallaşıb.
Müasir yanaşmalar əsasında Cənubi Xəzər hövzəsinin (CXH) qərb cinahında fərqli litotiplərin yayılma xüsusiyyətləri və onların kollektorluğunu şərtləndirən genetik amillər haqqında yeni məlumatların verilməsinə, həmin məlumatlar əsasında Miosenin kəsilişində əlverişli rezervuar xassələrinə malik stratiqrafik obyektlərin sahə və kəsiliş üzrə paylanmasında müəyyən qanunauyğunluqların aşkar edilməsinə həsr olunmuş dissertasiya işi AMEA Geologiya və Geofizika İnstitutunda yerinə yetirilib.
Elmi işin rəhbəri AMEA müxbir üzvü, g.-m.e.d. Elmira Əliyevadır. Rəsmi opponentlər: g.-m.e.d., dos. Rauf Əliyarov (NQGPK ETİ), g.-m.e.n., dos. Ofeliya Bağırbəyova (Geologiya və Geofizika İnstitutu) və g.-m.e.n., dos. İbrahim Məmmədovdur (ADNSU).
Kamal Mustafayev dissertasiya işinin əsas məzmunu, müdafiə olunan müddəaları və tədqiqat işinin nəticələrindən irəli gələn elmi yeniliklər haqqında ətraflı məlumat verib, sualları cavablandırıb. Sonra geniş müzakirələr keçirilib.
Elektron səsvermədən sonra yekun rəyin layihəsi müzakirə olunub və qərara alınıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında Kamal Firudin oğlu Mustafayevin "Cənubi xəzər hövzəsinin qərb cinahının miosen çöküntülərinin toplanma şəraiti, kollektor xüsusiyyətləri və neft-qazlılıq perspektivləri" mövzusunda 2517.01 - "Litologiya" ixtisasında Yer elmləri sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün vəsatət qaldırılsın.